"Gilan"ın bankının xalis mənfəəti 31 dəfə artıb
“AFB Bank” ASC 2018-ci ilin birinci yarısını 5 milyon 330 min manat xalis mənfəətlə başa vurub.Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31 dəfəyə yaxın çoxdur. Bank 2017-ci ilin birinci rübünü 174 min manat xalis mənfəətlə bağlamışdı.
“AFB Bank” cari ilin yanvar-mart dövründə 5 milyon 191 min manat, aprel-iyun dövründə isə 139 min manat xalis mənfəət əldə edib. İkinci rübdə xalis mənfəətin azalmasının səbəbi ehtiyatlara böyük ayırmadır.
FAİZ GƏLİRLƏRİ KƏSKİN ARTIB
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2018-ci ilin birinci yarısında Bankın faiz gəlirləri 18 milyon 950 min manat, qeyri-faiz gəlirləri 4 milyon 991 min manat təşkil edib. Faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra 12 milyon 892 min manat əməliyyat mənfəəti qalıb. Əməliyyat mənfəətinin 7 milyon 561 min manatı ehtiyata yönəldilib. Nəticədə Bank 2018-ci ilinin birinci yarısını 5 milyon 330 min manat xalis mənfəətlə başa vurub.
Müqayisə üçün qeyd edək ki, 2017-ci ilin birinci yarısında “AFB Bank”ın faiz gəlirləri 11 milyon 289 min manat, qeyri-faiz gəlirləri 5 milyon 607 min manat, əməliyyat mənfəəti 8 milyon 967 min manat təşkil etmişdi. Bank ehtiyatlara 8 milyon 793 min manat ayırdığından həmin dövrü 174 min manat xalis mənfəətlə başa vurmuşdu.
AKTİVLƏR, O CÜMLƏDƏN KREDİTLƏR ARTIB
30 İyun 2018-ci il tarixində “AFB Bank” 522 milyon 782 min manat cəmi aktivlərə (o cümlədən 224 milyon 768 min manatı müştərilərə verilmiş kreditlər ), 450 milyon 777 min manat cəmi öhdəliklərə və 72 milyon 4 min manat cəmi balans kapitalına malik olub.
31 Dekabr 2017-ci il tarixində “AFB Bank” 494 milyon 619 min manat cəmi aktivlərə (o cümlədən 218 milyon 52 min manatı müştərilərə verilmiş kreditlər), 428 milyon 73 min manat cəmi öhdəliklərə və 66 546 min manat cəmi balans kapitalına malik idi.
“AFB Bank”ın səhmlərinin 99,64%-i "Gilan" MMC-yə məxsusdur.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
10 d. əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
-
- 38 d. əvvəl
-
47 d. əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Müasir marketinq: səs-küydən mənaya doğru
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Rəsmi məzənnələr açıqlandı
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər





















