"Haydı, hələlik deyirik"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Trabzonda partiyasının toplantısında iştirak edib.
"Marja" xəbər verir ki, Ərdoğan, Türk Lirəsinin Dollar qarşısında ucuzlaşmasına münasibət bildirib.
Ərdoğan, "Trabzondan elan edirəm, oyununuzu gördük və meydan oxuyuruq. Təxribatla, çevrilişlə reallaşdıra bilmədiklərini, indi valyuta ilə həyata keçirməyə çalışırlar. Buna açıq ifadə ilə "iqtisadi müharibə" deyirlər. Təslim olmayacağıq. Siz dollarla üzərimizə gəlsəniz, biz də başqa yollarla işlərimizi aparmağın yollarını axtaracağıq. 81 milyonluq bir ölkə ilə strateji tərəfdaşlığını, müttəfiqliyini terror təşkilatları ilə əlaqələri uğrunda fəda edənə "Haydı hələlik deyirik",- deyib.
"CAVABIMIZI YENİ İTTİFAQLARA YÖNƏLƏRƏK VERİRİK"
"Teror təşkilatları ilə əlaqəsi olan bir keşiş üçün 81 milyonluq Türkiyəni fəda etməyə cəhd edirsən. Qüsura baxma, hüquqi dövlət olaraq nə lazımdırsa nə biz onu edirik", - deyən Ərdoğan sözlərini belə davam etdirdib:
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
"Əməliyyatın məqsədi Türkiyəni maliyyədən başlayaraq siyasətə qədər olan bütün sahələrdə təslim etməkdir. Məsələnin valyuta məzənnəsi olduğunu, cəzalanan keşiş olduğunu, dəmir və alüminium vergisi olduğunu güman edəcək qədər bəsit düşünənlər varsa, tezliklə silkələnib özlərinə gəlsinlər. Bütün dünyaya ticarət savaşı elan edən və buna ölkəmizi də daxil edənə cavabımızı yeni bazarlara, yeni iş birliklərinə, yeni ittifaqlara yönələrək veririk. Namusumuz bildiyimiz vətənimizi, azanımızı, bayrağımızı, içimizdəki xainləri alçaqları və terrorçuları maşa olaraq istifadə edən imperialistlərə təslim etmədik".
"BUNUN DA ÖHDƏSİNDƏN GƏLƏCƏYİK"
Türkiyənin bir daha siyasi və hiyləgər bir oyunla qarşı-qarşıya olduğuna işarə edən Ərdoğan, "Allahın izni ilə bunun da öhdəsindən gələcəyik. Onlar hazırda bizim saqqalımızı təraş edirlər, bilmirlər ki, sabah daha gur çıxacaq",- deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
11 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)






.jpg)









