Bakıda rayon icra hakimiyyətlərinin başı dərddə - CİNAYƏT İŞİ AÇILDI
Rayon icra hakimiyyəti orqanları tərəfindən səlahiyyətləri olmadığı halda tikintiyə icazə verilib
Bakının bir neçə rayonunda tikinti sahəsində qanunsuzluq aşkarlanıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Baş Prokurorluğin yaydığı birgə məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq ölkəmizdə həyata keçirilən genişmiqyaslı sosial və iqtisadi islahatlar çərçivəsində tikinti, şəhərsalma və memarlıq sahələrində qanunvericilik aktlarının qəbul edilməsi, eləcə də bu istiqamətdə uzunmüddətli dövlət layihələrinin uğurla həyata keçirilməsi sahələrlərində görülən işlər prioritet məsələlər sırasında olmaqla, ölkəmizdə inşaat sektorunun inkişafı üçün münbit və əlverişli şərait yaradılmışdır.
Eyni zamanda bu sahədə qanun pozuntularının qarşısının alınması, aşkar edilmiş korrupsiya hüquqpozmalarına qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə tədbirlər davam etdirilir.
Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şəhərsalma nəzarəti qaydasında Bakı şəhərinin Xətai, Binəqədi, Nəsimi və Nizami rayonlarında keçirilmiş yoxlamalar zamanı aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, bir çox hallarda tikintisi nəzərdə tutulan qeyri-yaşayış sahələrinin Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən şəhərsalma əsaslandırılmasının işlənilməsi, həmin şəhərsalma əsaslandırılmasının Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş idarəsi ilə razılaşdırılması və müvafiq dövlət orqanları tərəfindən rəylərin verilməsinə baxmayaraq, həmin tikintilərin aparılması üçün Bakı Şəhər İcra Hakimiyyətindən tikintiyə icazənin alınması təmin edilməyib, rayon icra hakimiyyəti orqanları tərəfindən səlahiyyətləri olmadığı halda tikintiyə icazə verilib, habelə müvafiq qaydada ərazi planlaşdırma sənədlərinin təsdiq edilməməsi, tikintisinə icazə verilən obyektlər barədə sənəd və məlumatların tikintilərin Dövlət reyestrinə təqdim edilməməsi kimi qanun pozuntuları aşkar olunub.
Qeyd olunan faktlar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 314-2.1 (qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) və 188.2-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla qanun pozuntularına yol vermiş vəzifəli şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
3 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
3 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
BOKT investorlara illik 18% gəlir təklif edir
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
Ən çox oxunanlar
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Bank kartları dələduzların hədəfinə necə çevrilir?























