Ən son modeli Azərbaycanda təqdim edildi
Ölkəmizdə Aston Martin şirkətinin rəsmi nümayəndəliyi olan “Avtolux Azərbaycan” MMC, Aston Martin üzrə brend menecer Tural Xancıqazov və şirkətin satış üzrə regional meneceri Sidi Larbi Bensoudanın da iştirakı ilə ən son DB modelini Azərbaycan avtomobilsevərlərinə təqdim edib.
İlkin olaraq sektorun ən nüfuzlu jurnalist və təqdim olunan məhz bu DB11-in keyfiyyətinə, istehsal edilən ilk 1000 avtomobildən biri olduğu üçün, Aston Martin şirkətinin rəhbəri Endi Palmer tərəfindən şəxsən zəmanət verilib.
1913-cü ildə yaranmış Aston Martin brendi 2013-cü il etibarilə yeni yüzilliyə qədəm qoydu və 86-cı Cenevrə Avto Sərgisində DB11 modelinin təqdimatı ilə şirkətin “İkinci Əsr” strategiyasına start verilmiş oldu.
Yeni DB11 modeli innovativ dizayn elementləri ilə forma və funksiyanallıq arasındakı əlaqəni yenidən tərif edir. Dizayn yeniliklərinin arasında ən çox gözəçarpanları öndən bərkidilmiş balıqqulağı formalı kapot, səciyyəvi LED faralar, eləcə də Aston Martin-in ənənəvi radiator barmaqlığının diqqəti özünə cəlb edən cizgiləridir. Əvvəldən sona qədər bütöv xətt formasında davam edən yan tərəfin görünüşü də heç də ön görünüşdən geri qalmır. Səlis xətlər arxa işıqlara qədər davam edir və təkrar olunmaz bədii obraz yaradır.
DB11-in hamar səthinə xələl gətirmədən, hava axınının həm gövdənin üzərindən, həm də altından ağıllı nizamlanması nəticəsində stabilliyi təmin edən yenilikçi aerodinamika estetik inqilabda öz rolunu oynayır.
Qəlsəməvari qıvrımlar aerodinamik qanadlarda yığılmış hava təzyiqini yenidən dizayn olunmuş yan zolaqdan xaric edərək maşının ön hissəsini yerə sıxarkən, eyni funksiyanı maşının arxa hissəsində gizli hava qəbuledicilərinin köməkliyi ilə Aston Martin AeroBlade yerinə yetirir.
Digər bütün Aston Martin-lər kimi, DB11-in də ürəyi onun kapotunun altındadır, onu digər Aston Martin-lərdən fərqli edən isə 5.2 litrlik iki - turboüfürməli V şəkilli 12 silindrli mühərrikli olmasıdır. 600 at gücü və 700Nm burucu momenti DB11-i bu günə qədər istehsal edilmiş ən güclü DB modeli edir. Təəccüblü deyil ki, bu göstəricilərlə o həm də ən çevik və dinamikdir: 322 km/saat maksimal sürət və 3.9 saniyəyə 0-100 km sürətlənmə. İntelektual silindir aktivləşdirmə və Start/Stop düymələri sayəsində o həm də çox effektivdir.
Sürücü tərəfindən seçilə bilən dinamik idarəetmə modları (GT, Sport və Sport Plus), səkkiz pilləli avtomatik ZF sürət qutusu, arxa oxda quraşdırılan özükilidlənən differensial və dartma vektoruna nəzarət edən sistemlərin yaratdığı ahəngin nəticəsi nümunəvi rahatlıq və həqiqi sport avtomobili cəldliyidir .
Əsl 21-ci əsr Aston Martin-i olaraq DB11, Daimler AG-i ilə texniki tərəfdaşılığı nəticəsində ən son texnologiya, ən yaxşı keyfiyyət və ən incə sənətkarlığı özündə birləşdirir.
Tam rəngli 12 düymluq TFT LCD ekran vasitəsi ilə, tamamilə yenilənmiş cihazlar paneli mütləq dəqiqliklə avtomobil haqqında ən vacib məlumatı sürücüyə ötürür. İkinci 8 düymluq TFT ekran isə əyləncə sistemi üçün nəzərədə tutulub. İntuitiv nəzarət sisteminə müştərinin tələbinə bağlı olaraq, şəxs tanıma, multi toxunuş və jest dəstəyi, peyk naviqasiya və güclü audio sistem, yeni tətbiq olunan avtomatik park köməkçisi və 360 dərəcəli video görüntü də əlavə etmək mümkündür.
Aston Martin DB11 artıq bir neçə mükafata qazanıb, onların arasında ən əlamətdarları Fransanın “L`argus Oxucuların Seçimi” mükafatı, “T3 İlin Dizaynı”, Almaniyanın prestijli “Autonis” mükafatı, İtalyanın “Salone dell’ Auto”-da təqdim olunan Avtomobil Dizaynı mükafatlarıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
2 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri donorlarla görüşüb
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
İqtisadiyyat Nazirliyində “Microsoft” şirkətilə əməkdaşlıq imkanları müzakirə olunub
-
10 saat əvvəl
"Nazirliklər və digər dövlət qurumları tətbiqlərini (aplikasiyalarını) ləğv etməlidirlər"
-
10 saat əvvəl
İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib - TAM VERSİYA
-
10 saat əvvəl
BP "Şəfəq" günəş enerjisi layihəsində 10 % iştirak payını satıb
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Kinobox" və "Mahnı TV"yə lisenziya verilib
Azərbaycanda illik inflyasiya sürətlənib
İqtisadiyyat Nazirliyində “Microsoft” şirkətilə əməkdaşlıq imkanları müzakirə olunub
"Nazirliklər və digər dövlət qurumları tətbiqlərini (aplikasiyalarını) ləğv etməlidirlər"
Ən çox oxunanlar
İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib - TAM VERSİYA
“Zira Olives” Sumqayıtda mağaza açır
"FERRUM Kapital”ın 4 milyon manat borclanacağı tarix açıqlanıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"PAŞA Real Estate" qlobal aktivlərini "One&Only" Hudson Valley, Nyu-York ilə genişləndirir
Yeni kart təqdim edildi - 15 min manatadək komissiyasız nağdlaşdırma, kart qalığına 8% gəlir
Azərbaycan iqtisadiyyatı 1,7 faiz artıb























