Neft Fondundan 100 milyon dollarlıq investisiya - 15% gəlirlilik
ARDNF “E-Shang Redwood” şirkəti tərəfindən idarə olunan “Redwood Japan Logistics Fund II” yə investisiya yatırmışdır
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) daşınmaz əmlaka hazırki investisiya çərçivəsində adıçəkilən portfelin coğrafi mövqe, aktivlərin növü və risklilik dərəcəsi üzrə diversifikasiyasının təmin olunması məqsədi ilə Asiya və Sakit Okean Hövzəsi regionunda logistika sahəsində ixtisaslaşmış “E-Shang Redwood” şirkəti tərəfindən idarə olunan “Redwood Japan Logistics Fund II” (RJLF II) və ümumi həcmi 1 milyard ABŞ dolları olan fonduna 100 milyon ABŞ dolları məbləğində investisiya yatırmışdır. Bu barədə “Marja”ya ARDNF-dən bildirilib.
Adıçəkilən fondda ARDNF ilə yanaşı dünyanın bir sıra qabaqcıl institusional investorları da iştirak edir. İnvestisiyanın illik hədəf gəlirliliyi 15% olmaqla müddəti 5-7 il təşkil edəcəkdir.
“RJLF II” fondunun investisiya strategiyasının əsasını Yaponiyanın Tokio, Osaka və Naqoya kimi şəhərlərinin yeni daşınmaz əmlak təkliflərinin məhdud olduğu, eləcə də nəqliyyat infrastrukturu üçün ən uyğun ərazilərində müasir logistika mərkəzləri inşa edərək, uzunmüddətli müqavilələr əsasında onların icarəsini təmin etmək, daha sonra isə həmin mərkəzləri əsasən institusional investorlara satmaqla yatırımlardan çıxmaq təşkil edir. “E-Shang Redwood” şirkəti hal-hazırda Çin Xalq Respublikası, Yaponiya, Cənubi Koreya və Avstraliya kimi ölkələrdə müxtəlif layihələr həyata keçirməkdədir.
Ötən il Yaponiya daşınmaz əmlak bazarında müasir logistika mərkəzləri ölkə üzrə ümumi logistika obyektlərinin cəmi 6%-ni təşkil etmişdir və hal-hazırda da bu mərkəzlər üzrə icarəyə verilməmiş sahənin ümumi həcmi cəmi 6,8% səviyyəsindədir. Son 5 il ərzində e-ticarət şirkətləri tərəfindən müasir logistika mərkəzlərinə olan tələb isə öz növbəsində illik olaraq 9% artmışdır ki, gələcəkdə də bu tendensiyanın davamı proqnozlaşdırılır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
9 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























