“Nar”-dan 10 qəpiyə günlük internet paketi təklifi
“Nar” abunəçilərinə kiçik məbləğ ödəməklə sərfəli günlük internet təklif edir.
Təklif edilən "Günü 10 qəpik" paketinə əsasən, hər gün cəmi 10 qəpik ödəməklə 30 MB internet trafiki əldə etmək mümkündür. Paketə qoşulmaq üçün “gunluk10” yazib 777 nömrəsinə SMS göndərmək və ya *777#12#YES şifrəsini yığmaq lazımdır.
"Günlük 40 qəpik" paketi isə 40 qəpik ödəməklə 200 MB internet trafiki təklif edir. Paketə qoşulmaq üçün “gunluk40” yazıb 777 nömrəsinə SMS göndərmək və ya *777#24#YES kodunu yığmaq yetərlidir. Hər gün ölkədaxili dəqiqələr və MB-lar əldə etmək üçün isə "Günlük 59 qəpik" paketinə qoşulmaq olar. Paket hər gün ölkədaxili zənglər üçün 25 dəqiqə və 100 MB internet təqdim edir. Bununla da gündəlik mobil xərcləri nəzarət altında saxlamaq olar. Qoşulmaq üçün “gunluk59” yazıb 777 nömrəsinə SMS göndərmək və ya *777#59#YES kodunu yığmaq kifayətdir.
“Nar” tarif və kampaniyaları haqqında ətraflı məlumatı isə nar.az internet səhifəsindən öyrənmək olar.
“Nar” sərfəli qiymətə yüksək keyfiyyət prinsipinə sadiq qalaraq, bir-birindən fərqli təkliflərlə abunəçilərinin mobil rabitə tələblərini qarşılamağa davam edir. Gücləndirilmiş “Nar” şəbəkəsi sayəsində mümkün olan bu təkliflər müxtəlif kateqoriyalardan olan “Nar” abunəçilərinin istəkləri nəzərə alınaraq irəli sürülür.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksək keyfiyyətli xidmət göstərir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 10 saat sonra
-
- 5 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb




















