100 milyon manata tikilən Mərkəz heç nəyə yaramır - YENİLƏNƏCƏK
Ölkə başçısının 26 oktyabr 2007-ci il tarixli Fərmanı ilə nəqliyyat sahəsində idarəetmə sistemi formalaşdırmaq, nəqliyyat axınının effektiv idarəedilməsini təmin etmək üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yaradılıb. Təəssüf ki, qurulmasına 100 milyon manata yaxın vəsait ayrılan və Prezidentin də iştirakı ilə 2011-ci ilin sonunda açılışı olan Mərkəz ona olan etimadı doğrultmur.
NİİM o vaxtkı Nəqliyyat Nazirliyinin nəzdindən çıxarılıb Bakı Nəqliyyat Agentliyinin nəzarətinə veriləndə əksəriyyət sistemin bundan sonra nöqsansız işləyəcəyini düşünürdü. Amma təəssüflə qeyd etməliyik ki, NİİM-in saytı da işləmir, mobil tətbiqeetmə yenilənmir, şəhərdəki tablolar yolun açıq və havanın günəşli olduğunu göstərməkdən başqa heç nəyə yaramır. Bununla bağlı suallara Bakı Nəqliyyat Agetliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev cavab verib.
- Mais bəy, böyük vəsait sərf edilərək yaradılan Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hazırda nə işə yarayır? Paytaxtın nəqliyyat sistemində müşahidə edilən xaosu bu qurumamı borcluyuq?
- Hazırda Mərkəzin təyinatı üzrə fəaliyyət göstərməsi üçün yenidənqurma işləri aparılır. Məqsəd dayanıqlı proqram təminatına əsaslanan bir sistemin qurulmasıdır. Bunun üçün inkişaf etmiş şəhərlərin təcrübəsi öyrənilir. Xüsusən də Türkiyənin İstanbul şəhərində analoji işlərlə məşğul olan qurumlarla sıx əməkdaşlıq edilir. Yaxın vaxtlarda bu işlərə yekun vurulması nəzərdə tutulub. Bundan sonra Bakı şəhəri üzrə svetaforların, parklanma yerlərinin idarə olunması, yollarda nəqliyyat axınının tənzimlənməsi bu mərkəzdən həyata keçiriləcək. Yenilənmə işlərindən sonra NİİM-in imkanlarından istifadə etməklə sərnişindaşımaya aid bəzi vacib məsələlərin də tənzimlənməsi müasir standartlara uyğun həyata keçiriləcək.
- NİİM yaradılarkən, çox böyük ümidlər verildi, xüsusilə pik saatlarda paytaxda müşahidə edilən tıxacın aradan qaldırılacağı bildirildi. Hazırda heç dayanacaqlardakı Avtobus İnformasiya terminallarından belə hansısa məlumat almaq mümkün deyil. Bu baxımdan qurumun adındakı intellektual sözünün ixtisar olunması daha məqsədəuyğun deyilmi?
- Qeyd etdiyiniz problemlərlə razıyıq. Və məqsədimiz onların həll olunmasıdır. Bu gün dayanacaqlardakı Avtobus İnformasiya Terminallarının işləməməsinin əsas səbəblərindən biri də kənar müdaxilələrin olmasıdır. Təəssüf ki, ayrı-ayrı şəxslər və ya qurumlar yollarda hər hansı bir qazıntı işləri apardıqları zaman müvafiq icazələrin alınması məsələnə ciddi yanaşmayıblar. Bu sahədə olan xaotik vəziyyət həmin terminalların və ya svetaforların naqillərinin zədələnməsinə səbəb olub. Bildiyiniz kimi, biz müxtəlif vaxtlarda dayanacaq pavilyonlarının qeyri-qanuni olaraq sökülməsi halları ilə rastlaşmışıq. Bu zaman informasiya terminallarına da ciddi ziyan vurulub. Və əlbəttəki sistemdə olan çatışmazlıqlar nəticədə bu gün hər birimizi narahat edən mənəzərinin yaranmasına səbəb olub.
- Mais bəy, nə vaxt vədlər verməkdən iş görməyə və nəticələr hasil etməyə başlanılacaq? Sərnişinlərin narazılığına nə vaxt son qoyulacaq?
- Bu gün BNA NİİM-in fəaliyyətinin bərpası istiqamətində ciddi iş aparır və yaxın vaxtlarda bunun müsbət nəticələrini hiss edəcəksiz.
Əhaliyə müasir tələblər səviyyəsində sərnişindaşıma xidmətinin göstərilməsinə nail olmaq bizim əsas hədəfimizdir. Bu eyni zamanda dövlət başçısının BNA qarşısında qoyduğu ən vacib tapşırıqdır. Və elə dövlət başçısının birbaşa diqqət və qayğısı ilə hazırda bu istiqamətdə ciddi iş aparılır.
- Xüsusilə sərnişindaşımada gedişhaqlarının qaldırılması vətəndaşların haqlı narazılığına səbəb olub. Qiymət baha, xidmət aşağı. Günün pik saatlarında dayanacaqlarda taksi əlindən tərpənmək mümkün deyil. Metronun “Xalqlar Dostluğu”, “Neftçilər”, “İnşaatçılar” stansiyalarının çıxışlarındakı dayanacaqlarda insanlar avtobusa minmək üçün sürücü ilə qaçdı-tutdu oynayır. Biz nə vaxt normal sərnişinlər kimi dayanacaqda gözləyib avtobusa minə biləcəyik?
- Artıq vəsait ayrılıb, tender elan edilib. Zəruri olan prosedurlar yekunlaşdıqdan sonra müasir və komfortlu avtobuslar alınaraq şəhərimizə gətiriləcək. Yeni nəqliyyat vasitələri müsabiqə yolu ilə müntəzəm marşrut xətlərində istismara veriləcək. İlkin olaraq 300 ədəd avtobusun alınması nəzərdə tutulub. Amma bu proses davamlı olacaq və bütün avtobus parkı yenilənənədək davam edəcək. Avtobus parkı yeniləndikcə marşrut xətləri üzrə müyyən optimallaşdırma işləri də aparılacaq. Bu çərçivədə ola bilsin yeni xətlər açılacaq, bəzi mövcud xətlər ləğv ediləcək, hansısa birinin sxemində dəyişilik ediləcək. Yeni avtobusların gətirilib xətlərə buraxılması ilə nağdsız ödəniş sisteminə qoşulan xətlərin əhatə dairəsi də genişlənəcək. Bunun özünün də müsbət tərəfləri var. Nəticədə biz dəqiq sərnişin axınını biləcəyik ki, bu məlumatların marşrut xətlərinin optimallaşdırılması baxımından əhəmiyətlidir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Modern
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
10 d. əvvəl
Yeni Bakı-Laçın reysi fəaliyyətə başlayır - Gedişhaqqı 16,10 AZN müəyyən edilib
-
- 31 d. əvvəl
- 33 d. əvvəl
-
49 d. əvvəl
Qubada neft-qaz axtarılacaq - SOCAR ilə “Gran Tierra Energy Inc.” saziş imzaladı
- 1 saat əvvəl
-
1 saat əvvəl
12 bankın xalis mənfəəti azalıb - Ən çox azalma “Azər-Türk Bank”da olub
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kapitaldan istifadə vəziyyəti 22 bankdan 9-da yaxşılaşıb, 13-də isə pisləşib
-
1 saat əvvəl
Azərbaycan bankları faiz xərclərini faiz gəlirləri ilə ödəyə bilirmi? - ARAŞDIRMA
-
1 saat əvvəl
2 səhmdar paylarını Nicat Həsənova bağışlayıblar - Lombard şirkəti tam nəzarətinə keçib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
“AFB Bank”da iclas keçiriləcək
Ən çox oxunanlar
2 səhmdar paylarını Nicat Həsənova bağışlayıblar - Lombard şirkəti tam nəzarətinə keçib
"Azərsilah"ın Şirvandakı zavodunda qəza olub
OpenAI-nin yeni maliyyələşdirmə turu 100 milyard dolları aşa bilər
Naxçıvanda 1- 9 nömrəli şəhərdaxili və Bakının 142 nömrəli şəhərətrafı avtobus marşrutu bu şəxslərə verildi
Azərbaycan neftinin son qiyməti - 2 dollardan çox bahalaşıb
bp şirkəti Azərbaycanda iri müqavilə bağladı - ÜMUMİ DƏYƏRİ 1 MİLYARD DOLLARDAN ÇOX OLA BİLƏR






















