Pilotsuz aparatların uçuşlarının Vahid Nəzarət Mərkəzi yaradılır
Pilotsuz uçuş aparatların (dronlar) hava limanlarında tez-tez baş verən icazəsiz uçuş hadisələri ilə əlaqədar olaraq bütün dünyada bu strateji obyektlərin müvafiq müdafiəsi sisteminin yaradılması zərurəti yaranmışdır.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən “Marja”ya daxil olmuş məlumata görə, bu məqsədlə, sentyabrın 18-də Quançjou şəhərindən “Abraham Technology Limited” Korporasiyasının Direktoru Stanislav Koçkin və “Ehang Intelligent Equipment” şirkətinin Vitse-prezidenti Kora Tanqın (Cora Tаng) rəhbərlik etdiyi innovasiya layihələri və texnologiyaları sahəsində yüksək texnologiya şirkətlərinin nümayəndələrindən ibarət nümayəndə heyəti Bakıda səfərdədir.
Səfər çərçivəsində nümayəndə heyəti “Azərbaycan Hava Yolları” aviaşirkətinin, “Azəraeronaviqasiya” (AZANS) Hava Hərəkəti İdarəsinin, Heydər Əliyev Beynəlxalq Aeroportu və “Silk Way” şirkətlər qrupunun nümayəndələri ilə görüşmüşdürlər. Qonaqlar Azərbaycanın mülki aviasiya obyektləri, o cümlədən “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi və bu yaxınlarda “Skytrax” auditor şirkəti tərəfindən maksimum “5 Ulduz” reytinqinə layiq görülən Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) ilə tanış olmuşdurlar.
AZAL prezidenti Cahangir Əsgərov ilə görüşdə əməkdaşlıq perspektivləri və Azərbaycanda mülki aviasiya sahəsində çinli mütəxəssislərin təcrübəsinin tətbiqi məsələsi müzakirə olunmuşdur. Qonaqlar qeyd etmişdirlər ki, qabaqcıl texnologiyanın tətbiqi ilə Azərbaycanda mülki aviasiya sahəsində yaradılan imkanlar onlara böyük təəssürat bəxş etmişdir.
Görüşdə qeyd olunmuşdur ki, Azərbaycan böyük turizm potensialına malikdir. “Azərbaycan Hava Yolları” tərəfindən Bakıdan Quançjouya yeni sərnişin reysinin açılması təklif edilmişdir. Çin aviadaşıyıcıların Azərbaycana cəlb olunması isə çinli turistlərin ölkəmizə daha böyük marağına və işgüzar əlaqələrin inkişafına kömək edəcəkdir.
Tərəflər həmçinin Azərbaycan və Çin arasında çoxillik tarixə malik yük aviadaşımaları sahəsində əməkdaşlığın səviyyəsindən razı qaldıqlarını bildirmişdirlər.
Görüşdə mülki sahələrdə, xüsusilə kommersiya daşımaları, kartoqrafiya, ətraf mühitin vəziyyətinin qiymətləndirilməsi, mülki infrastrukturun monitorinqi və s. sahələrdə pilotsuz uçuş aparatları (dronlar) texnologiyaları və xidmətlərinin inkişaf etdirilməsində Çinin yüksək texnologiya şirkətlərinin iştirakı imkanları müzakirə olunmuşdur.
Səfərin yekunları üzrə “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi ilə “Abraham Technology Limited” və “Ehang Intelligent Equipment” şirkətləri arasında qarşılıqlı anlaşma memorandumları imzalanmışdır.
Planlaşdırılır ki, genişmiqyaslı innovasiya layihələrinə sərmaye yatırılması və kommersiyalaşdırılmasında ixtisaslaşan “Abraham Technology Limited” Korporasiyası intellektual aeronaviqasiya habı üçün yüksək texnologiyalı azad iqtisadi zonanın yaradılmasına və “intelektual aeronaviqasiya” sahəsində Azərbaycanın mövqeyinin irəlilədilməsinə cəlb olunacaq.
2014-cü ildə fəaliyyətə başlayan “Ehang Intelligent Equipment” şirkəti innovativ aviasiya avadanlıqlarının layihələşdirilməsi və istehsalı və sənayenin müxtəlif sahələrində tətbiq edilməsi üçün intellektual uçuş aparatlarının hazırlanmasında ixtisaslaşmışdır.
İmzalanmış memorandumun əsas məqsədi Heydər Əliyev Beynəlxalq Aeroportunda müvafiq dövlət orqanlarında qeydiyyat və sertifikatlaşdırma keçdikdən sonra mülki pilotsuz uçuş aparatlarının uçuşlarının idarə edilməsinin Vahid Mərkəzinin yaradılması sahəsində əməkdaşlıqdan ibarətdir.
Sənədə əsasən, xüsusilə Çinin “Abraham Technology Limited” (www.abraham.tech) və “Guangzhou Ehang Intelligent Technology Co. Ltd” (www.ehang.com ) şirkətlərinin nümayəndələri Azərbaycan tərəfinə aşağıdakı sahələrdə dəstək verməyə hazır olduqlarını bildirmişdirlər:
-“Command & Control Centre” (CCC) dronların fəaliyyətinə vahid komanda nəzarət və idarəetmə mərkəzinin yaradılması və dronların uçuşlar üçün bağlı zonalarda fəaliyyətinə yolverilməməsi vasitəsilə müvafiq dövlət orqanlarında qeydiyyatdan keçdikdən sonra pilotsuz uçuş aparatlarının uçuşlarına nəzarət üçün AZANS çərçivəsində infrastrukturun inkişafı;
-Pilotsuz uçuş aparatlarının idarə olunması sahəsində təlimlər;
-Azərbaycan bazarında tələbata uyğun olaraq mülki pilotsuz aparatların parkının yaradılması;
-Heydər Əliyev Beynəlxalq Aeroportunda mülki pilotsuz uçuş aparatlarının yığılması və onlara xidmət göstərilməsi, həmçinin bu sahədə bütün MDB ölkələri üçün təlim mərkəzi olacaq Azad İqtisadi Zonanın (AİZ) yaradılması və inkişafı.
Tərəflər bu layihənin həyata keçirilməsi məqsədilə birgə planının hazırlanması və informasiya mübadiləsi üçün birgə işçi qrupu yaradacaq.
Qeyd edək ki, 14 milyon nəfərdən çox əhali və 341 milyard dollar həcmində ÜDM-ə malik Quançjou Çinin böyüklüyünə görə Şanxay və Pekindən sonra üçüncü şəhəridir. Şəhər Çinin ən iri turizm, sənaye, maliyyə və nəqliyyat mərkəzidir. Quançjouda iki Azad İqtisadi Zona fəaliyyət göstərir, yüzə yaxın müxtəlif növ malların topdansatış bazarları və yüz minlərlə sənaye müəssisələri, fabrik və zavodlar (gəmiqayırma, maşınqayırma, tekstil və yeyinti sənayesi üçün avadanlıqlar, kiçik məişət texnikası istehsalı üzrə) yerləşir.
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
10 d. əvvəl
Yeni Bakı-Laçın reysi fəaliyyətə başlayır - Gedişhaqqı 16,10 AZN müəyyən edilib
-
- 31 d. əvvəl
- 33 d. əvvəl
-
49 d. əvvəl
Qubada neft-qaz axtarılacaq - SOCAR ilə “Gran Tierra Energy Inc.” saziş imzaladı
- 1 saat əvvəl
-
1 saat əvvəl
12 bankın xalis mənfəəti azalıb - Ən çox azalma “Azər-Türk Bank”da olub
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kapitaldan istifadə vəziyyəti 22 bankdan 9-da yaxşılaşıb, 13-də isə pisləşib
-
1 saat əvvəl
Azərbaycan bankları faiz xərclərini faiz gəlirləri ilə ödəyə bilirmi? - ARAŞDIRMA
-
1 saat əvvəl
2 səhmdar paylarını Nicat Həsənova bağışlayıblar - Lombard şirkəti tam nəzarətinə keçib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
“AFB Bank”da iclas keçiriləcək
Ən çox oxunanlar
2 səhmdar paylarını Nicat Həsənova bağışlayıblar - Lombard şirkəti tam nəzarətinə keçib
"Azərsilah"ın Şirvandakı zavodunda qəza olub
OpenAI-nin yeni maliyyələşdirmə turu 100 milyard dolları aşa bilər
Naxçıvanda 1- 9 nömrəli şəhərdaxili və Bakının 142 nömrəli şəhərətrafı avtobus marşrutu bu şəxslərə verildi
Azərbaycan neftinin son qiyməti - 2 dollardan çox bahalaşıb
bp şirkəti Azərbaycanda iri müqavilə bağladı - ÜMUMİ DƏYƏRİ 1 MİLYARD DOLLARDAN ÇOX OLA BİLƏR





















