Dövlətə məxsus maşınqayırma zavodu "simvolik mənfəət" əldə edib
“Bakı Fəhləsi Maşınqayırma Törəmə zavodu” ASC 2017-ci ili 6 min 56 manat xalis mənfəələ başa vurub. ASC 2016-cı ildə 980 manat zərər açıqlamışdı.
“Marja” ASC-nin maliyyə hesabatına istinadən xəbər verir ki, “Bakı Fəhləsi Maşınqayırma Törəmə zavodu”nun əsas əməliyyat gəliri 2016-cı ildəki 1 milyon 603 min manatdan ötən il təxminən 1 milyon 170 min manata yüksəlib. 2016-cı illə müqayisədə gəlirin əldə edilməsinə çəkilən xərclər artdığından ASC ötən ili 836 min 725 manat ümumi mənfəətlə başa vurub. Bu, 2016-cı illə müqayisədə 10% azdır. ASC 2016-cı ili 932 min 171 manat ümumi mənfəətlə bağlamışdı.
Digər tərəfdən, “Bakı Fəhləsi Maşınqayırma Törəmə zavodu” inzibati xərclərini azaltması hesabına xalis mənfəət əldə edib. 2016-cı ildə 936 min 117 manat təşkil etmiş inzibati xərclər 2017-ci ildə 791 min 536 manata düşüb. Ümumi mənfəət, sair xərclər daxil cəmi xərcləri üstələdiyindən ASC ötən ili 6 min 56 manat xalis mənfəələ başa vurub.
“Bakı Fəhləsi Maşınqayırma Törəmə zavodu” ASC dövlətə məxsusdur. "Bakı Fəhləsi" zavodu neft-qaz, neft-kimya sənaye avadanlıqları istehsal edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
20 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 20 saat əvvəl
-
22 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























