“2-ci əl avtomobillərə maraq elə artıb ki..."
Azərbaycanda 2-ci əl avtomobillərə təlabat kəskin artıb. Bu barədə Çinin bir sıra avtomobil markalarının Azərbaycana idxalı ilə məşğul olan “Sirena Motors” şirkətindən bildirilib.
Şirkətin marketinq rəhbəri Eyyub Əliyev bildirib ki, son zamanlar 2-ci əl avtomobillərə tələbat xaricdən gətirlən yeni maşınlarlə müqayisədə xeyıi artıb: “2-ci əl avtomobillərə maraq elə yüksəlib ki, onların hamısı satılıb”.
Qeyd edək ki, Azərbaycanda “ikinci əl”, yəni işlənmiş avtomobilləri bazarı öz həcminə görə yeni avtomobil bazarını bir neçə dəfə üstələyib. Müşahidələrə görə, bu gün ölkədə satılan hər 10 avtomobildən 8-i “ikinci əl”dir.
Şirkətlər də “ikinci əl” bazarına daxil oldular
İşlənmiş avtomobil bazarının inkişafı rəsmi şirkətlərin də diqqətini cəlb edib. Xarici avtomobillərin rəsmi distribütorlərinin ikinci əl avtomobil bazarında iştirakı 2010-cu ildən başlayıb. Həmin vaxt bəzi Koreya brendlərinin yerli nümayəndəlikləri öz markalarının ikinci əl satışını həyata keçirməyə başladılar. Rəsmi şirkətlərin iştirak olan ikinci əl avtomobil bazarının ənənəvi maşın bazarından bir sıra ütünlükləri var ki, bunlardan biri də maşının rəsmi servisdə müayinə olunması və keyfiyyətinə müəyyən zəmanətin verilməsidir.
Bir qədər əvvəl isə “Sirena Motors” şirkəti də distribütoru olduğu avtomobillərin ikinci əl satışına başlayıb. E.Əliyev bildirir ki, işlənmiş avtomobillərə tələbat olduqca böyükdür. Bunun səbəbi işlənmiş maşınların təzələrə ucuzluğu və kreditə götürdükdə aylıq ödənişin az olmasıdır.
Təcrübəsizlər də, taksi sürücüləri də “ikinci əl” istəyir
Belə ki, təzə avtomobil almaq əvvəlki kimi ucuz deyil, dolların məzənnəsinin dəyişməsi, gömük rüsumlarının artması və sair dəyişikliklərin hamısı özünü maşınların qiymətində göstərir: “Məsələn, 2014-cı ildə buraxılan “Changan CS 35”in aylıq ödənişi vaxtilə 420 manat idi, indi isə bu rəqəmlər 535-570 manat ətrafındadır. İnsanlar isə aylıq ödənişləri aşağı olan avtomobillər axtarır və ona görə də ikinci əl avtomobillərinə meyllənirlər”.
İkinci əl avtomobillərinə marağın başqa səbəbləri də var. Belə ki, bəzi müştərilər ilk dəfə olaraq avtomobil aldıqlarına və hələ təcrübəsiz olduqlarına görə, yeni avtomobil almaq istəmirlər.
Digərləri avtomobili taksi kimi istifadə etmək üçün aldıqlarına görə, yeni avtomobil almaq onlar üçün o qədər də vacib deyil: “Bəziləri isə sadəcə maliyyə sıxıntısı səbəbindən maşınlarını satıb nisbətən ucuz işlənmiş maşınlar almaq istəyirlər”. Bütün bunlar şirkətlərin satdığı ikinci əl avtomobillərinə marağı artırır.
Satılan hər 3 avtomobildən biri işlənmişdir
E.Əliyevin onu da qeyd etdi ki, satış göstəriciləri isə ümumən tək onların şirkətlərində deyil, başqa şirkətlərdədə satılan maşınların 30-35% işlənmiş maşınlardır ki, bu da 2014-ci il və daha sonra buraxılan avtomobillərdir. “Sirena Motors”da belə avtomobilərin ümumi satışın 8% faizidir.
Eyni zamanda “Sirena Motors” 2-ci əl üçün yalnız öz avtomobillərini, yəni bu qrupa daxil olan CHANGAN, BAIC, GAC, JAK və CHANA modellərini alır. Bu maşınlarının götürülməsinin səbəbi servis xidməti və ehtiyyat hissələrinin olmasıdır.
E.Əliyev bildirir ki, şirkət işlənmiş avtombilləri aldıqda onun texniki xüsusiyyətləri, istehsal ilinə və satışın hansı səbəbdən olmasına diqqət yetirir: “Məsələn, bəzi şəxslər avtomobili bizdən alır və müəyyən vaxtdan sonra gəlib daha böyük bir model götürmək istəyir. Biz o zaman barter edirik və ondan alınmış avtomobili sonnradan satışa çıxarırıq. Yəni ikinci əl maşınlarının alınması bu formada baş verir".
İşlənmiş maşınlardan daha çox satılan model CHANGAN-dan Eado və New Eado XT. BAIC-dən D20 üstünlük təşkil edir.
Bakıya yeni modellər gətiriləcək
O ki qaldı avtomobil sırasının yenilənməsinə, E.Əliyevin sözlərinə görə, hazırda “Sirena Motors” xaricdən yeni “ekonom” sinif avtomobilləri gətirməyi planlaşdırılar, artıq və sentyabrın sonuna yeni CS15 və CS35 modelləri Bakıda olacaq.
Eyyub Əliyev bildirir ki, belə avtomobillərə daha çox xanımar maraq göstərir. “CS15” 100 at güclü, 1,4 litr mühərrikə, 44 litirlik yanacaq çəninə və 4100 x 1740 mm-lik ölşüyə malikdir. Yanacaq sərfiyyatı hər 100 km-ə 7-7,5 litir-dir.
CS35 125 at gücü, 1,6 litr mühərrik, 52 litirlik benzin yanacaq çəni və 4160 x 1810 mm-lik ölşüyə malikdir. Yanacaq sərfiyyatı hər 100 km 6,9 litir-dir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© FED
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat sonra
-
-
12 saat əvvəl
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
-
14 saat əvvəl
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
-
14 saat əvvəl
“City Garden Narimanov”da geniş mənzil seçimləri və rahat yaşayış imkanı
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
-
15 saat əvvəl
"Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri tarixi hadisə idi"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Prezident, birinci xanım və ailə üzvləri İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər
Ən çox oxunanlar
Mərkəzi Banka 10-cu baş direktor təyin edilib
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
2 şirkət “Grand-Agro” şirkətinə qoşulub
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
"FERRUM Kapital”ın 1 milyon manat borclanması üzrə qərar verilib















.jpg)







