Neft yatağına vəfat edən direktorumuzun adını verin – Xarici şirkətdən hökumətə müraciət
Kanadanın “Zenith Energy Ltd.” şirkəti Azərbaycan hökumətinə müraciət edərək “Zərdab” neft yatağının adının şirkətin vəfat edən qeyri-icraçı direktoru Françesko Salimbeninin xatirəsinə hörmət əlaməti olaraq “Salimbeni” ilə əvəz olunması təklifi ilə müraciət edəcək. Bu barədə “Zenith Energy Ltd.” şirkətindən məlumat verilib.
“Zenith Energy Ltd.” şirkətinin törəməsi “Zenith Aran Oil Company Limited” Azərbaycanda quruda yerləşən “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi üzrə operatordur.
“Zenith Energy Ltd.” şirkəti şirkətin qeyri-icraçı direktoru Françesko Salimbeninin vəfatı ilə əlaqədar dərin kədər içindədir. Onun xatirəsinə hörmət əlaməti olaraq, “Zenith Aran Oil Company Limited” bəzi geoloqların rəyinə əsasən çox perspektivli olan “Zərdab” yatağının “Salimbeni” adı ilə əvəz olunması təklifi ilə Azərbaycanın müvafiq orqanlarına müraciət edəcək”, - deyə şirkətdən qeyd ediblər.
Bundan başqa, Françesko Salimbeninin xatirsinə hörmət kimi, əsaslı təmirdən sonra “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokda ən yüksək debitli quyuda memorial lövhə quraşdırılacaq.
Qeyd edək ki, bu il martın 16-da SOCAR və “Zenith Aran Oil Company Limited” şirkətləri arasında “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb.
Saziş 25 il müddətində qüvvədə olacaq. Sazişdə “Zenith” şirkəti 80 faizlik, SOCAR isə 20 faizlik iştirak payına malikdir. “Muradxanlı”, “Cəfərli” və “Zərdab” yataqları ümumilikdə 642,4 kvadrat kilometr ərazini əhatə edir. Hazırda blokda sutkalıq neft hasilatının həcmi 350 barel təşkil edir. Burada həmçinin az həcmdə hasil olunan qaz təsərrüfat və istehsalat ehtiyaclarının təmin edilməsinə yönəldilir.
“Muradxanlı-Cəfərli-Zərdab” neft yataqları bloku İmişli rayonu ərazisində yerləşir. “Muradxanlı” yatağı 1971-ci ildə, “Cəfərli” yatağı 1984-cü ildə, “Zərdab” yatağı 1981-ci ildə kəşf edilib.
Blokun çıxarıla bilən qalıq neft ehtiyatları 1,8 mln. ton, qalıq qaz ehtiyatları 36 mln. kubmetr həcmində qiymətləndirilir. Hazırda blok üzrə istismar fondunda 77 quyu var.
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
13 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























