"Yarmarkaya çiçək tozu, propolis də gətirmişəm"
“1997-ci ildən arıçılıqla məşğul oluram. Astarada biz dədə-babadan qalma “qara arı” cinsini yetişdiririk. Bu, əslində boz Qafqaz arısı cinsidir. Qafqaz arısı bizin cənub rayonunun iqlim şəraitinə uyğunlaşmış ən məhsuldar cinsdir”. Bu fikirlər Bakıda keçirilən 19-cu Arıçılıq məhsullarının sərgi-satış yarmarkasının iştirakçısı, “Uğur” kəndli fermer təsərrüfatının rəhbəri Uğur İbrahimova məxsusdur.
Astara rayonunun Şuvi kəndindən gəlmiş arıçının təsərrüfatında 65 arı ailəsi var: “Hər mövsüm 65 arı ailəsindən 500-800 kiloqram bal götürürəm. Balı əsasən iyul və avqust aylarında süzürəm. Balımın tərkibində cökə, cır xurma, qızılgöz və subtropik bitkilərin nektarı daha üstünlük təşkil edir. Sərgiyə gələn arıçılar müxtəlif tərkibli bal gətiriblər. Saf balın həmişə müştərisi olub. Bundan əlavə yarmarkaya çiçək tozu, propolis də gətirmişəm. Çiçək tozu insanın immunitetini gücləndirir və mədə-bağırsağın ən gözəl dərmanıdır. Bu çiçək tozundan ən çox idmançılar istifadə edirlər. Onlar üçün əlverişlidir, çünki bu çiçəklər insan enerjisini artırmağa müsbət təsir göstərir. Propolis mədədə olan yaranı sağaldır və bağırsaqdan şlakları təmizləyir. Əlbəttə, onların xüsusi hazırlanma qaydası var. Arıları da bəsləmək lazımdır. Mövsümdə, may ayında biz onları Lerik dağlarının yaylaqlarına çıxarırıq və ölkəmizin təbii bitki örtüyü biz arıçılara saf bal almaq üçün geniş imkanlar yaradır. Bir sözlə, əgər bala haram qatılmasa, arı təbiətdən daim saf bal gətirər”.
Uğur İbrahimov arıçılığın inkişafına verilən dəstəyə görə təşəkkürünü bildirib: “Mən fürsətdən istifadə edib ölkə rəhbərliyinə biz arıçılara hər cür şərait yaratdığı üçün təşəkkürümü bildirirəm. Artıq hər arı ailəsinə görə 10 manat subsidiya ayrılıb. Biz arıçıların da izafi xərcləri olur. Məsələn, çərçivələr və arı yeşikləri sifariş veririk, müxtəlif dərmanlar alırıq. Bundan əlavə nəqliyyat xərcləri çəkirik. Subsidiya bizim xərclərin bir hissəsini aradan qaldırmaq üçün çox yerində verilmiş bir dəstəkdir. Özüm Hərbi Akademiyanı bitirmişəm. Müdafiə Nazirliyi tərəfindən “Azərbaycanın 100 illiyi” və digər döş nişanları ilə təltif olunmuşam. Qarabağ döyüşlərinin iştirakçısıyam. Mənim üçün əziz olan bir xatirəni söyləmək istərdim. Qarabağ döyüşlərində mən leytenant rütbəsində vuruşmuşam və qayıtdıqdan sonra mənə baş leytenant rütbəsini ulu öndərimiz Heydər Əliyev şəxsən təqdim edib”.
Müştərilərin xəbərləri
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 26 d. əvvəl
-
-
51 d. əvvəl
"İPO üzrə parametrləri Novruz bayramından dərhal sonra açıqlayacağıq"
-
1 saat əvvəl
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
-
1 saat əvvəl
“129 milyon manat və ya xalis mənfəətin 60%-i həcmində dividend ödənişimiz olub”
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
Ən çox oxunanlar
Sabaha olan hava proqnozu
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı

























