Bu gün Dollar ilə bağlı nələr baş verdi? - GÜNƏ BAXIŞ
- Səhər saat 09:20-də Mərkəzi Bank Fevralın 16-na USD/AZN rəsmi məzənnəsini 1,7296 manat səviyyəsində açıqladı.
- Saat 10:00-dan başlayaraq banklarda Dolların alış və satış qiymətlərinin artdığı müşahidə olundu, Dolların satışı 1.82 manata çatdı. Qeyd edək ki, banklarda Dolların qiyməti ötən həftənin cümə günündən bəri qalxırdı.
- Saat 12:00-da Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirildi. Hərracda manatın orta çəkili məzənnəsi 1,7351 manat səviyyəsində formalaşdı. Başqa sözlə, hərracda Dollar Manat qarşısında 0,3% möhkəmləndi.
- Hərracdan sonra da banklarda Dolların alış və satış məzənnələri qalxmaqda davam etdi. Dolların satışı 1.83-1.86 manat səviyyələrinə yüksəldi.
- Axşam saat 17:05-də Mərkəzi Bank 17.02.2017-cı il tarixinə USD/AZN rəsmi məzənnəsinin 1,7352 səviyyəsində müəyyən olunduğunu açıqladı . Bu səviyyə hərracdakı səviyyədən az da olsa yüksəkdir.
-Günortadan sona bu da məlum oldu ki, Dövlət Neft Fondu bu gün Mərkəzi Bankında keçirilən valyuta hərracına 50 milyon dollar məbləğində vəsait çıxarıb. Hərrac iştirakçıları çıxarılan valyutanın hamısını alıb.
Qeyd edək ki, çoxları Dolların ucuzlaşmasının davam etməyəcəyini hesab edirdi və manatın bahalaşmasına inanmırdılar. Onlara görə, Manatın güclənməsi üçün iqtisadi səbəb yoxdur, bu, bir “oyundur”.
Əlavə edək ki, Fevralın 1-də Dollar/Manat rəsmi məzənnəsi 1.92 manat səviyyəsinə çıxmışdı. Həmin gün bəzi banklar Dolları 1.94-1.95 manata alıb, 1.99 manatdan baha satırdılar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 19 d. əvvəl
- 44 d. əvvəl
- 46 d. əvvəl
- 52 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bank Respublika"nın nizamnamə kapitalının artırılması müzakirə ediləcək
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
“AzInTelecom” tərəfindən 68 minə yaxın IMEI kod bloklanıb
Azərbaycan neftinin son qiyməti
3 gün ardıcıl qeyri-iş günü olacaq
Tramp: “İran təslim olmaq məcburiyyətindədir”
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Neft kəskin bahalaşıb - QİYMƏTİ 126 DOLLARI DA KEÇİB
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 14 GÜN
Danimarka şirkəti tərəfindən Azərbaycanda külək turbinlərinin istehsalı nəzərdən keçirilib
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib, protokol imzalanıb
Rusiya OPEC+da qalmağa davam edəcəyini açıqlayıb







.jpg)








.jpg)






