AZAL və Dövlət Turizm Agentliyi əməkdaşlıq edəcək
“Azərbaycan Hava Yolları” QSC, “Silk Way Holding” şirkəti, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu əməkdaşlıq haqqında saziş imzalamışdırlar.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən “Marja”ya daxil olmuş məlumata görə, sazişi “Azərbaycan Hava Yolları”nın prezidenti Cahangir Əsgərov, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, “Silk Way Holding” şirkətinin birinci vitse-prezidenti Teymur Məmmədov və Azərbaycan Turizm Bürosunun icraçı direktoru Florian Senqstşmid imzalamışdır.
Saziş həm ölkənin əsas hava qapısı olan Heydər Əliyev Beynəlxalq Hava Limanı, həm də regional hava limanlarının sərnişin axınının artmasına yönəlmiş birgə tədbirlərin keçirilməsini nəzərdə tutur. Aşağıbüdcəli (loukost) aviadaşımalara, eləcə də sərfəli qiymətli üçulduzlu otellərin açılmasına böyük diqqət yönəldiləcək.
Bu gün ölkəmizə əsas turist axını hava daşımalarının payına düşür. AZAL milli aviaşirkəti yaxın və uzaq xarici ölkələrə müntəzəm və çarter reysləri yerinə yetirir.
Gələn ildən başlayaraq Azərbaycanın milli aviadaşıyıcısının donanmasına ən yeni “Boeing 737 MAX” təyyarələri əlavə olunacaq ki, bu da marşrut şəbəkəsinin coğrafiyasını daha da genişləndirməyə imkanı verəcək. Heydər Əliyev Beynəlxalq Hava Limanının rəhbərliyi xarici aviadaşıyıcıların cəlb edilməsi üzərində fəal şəkildə çalışır.
Qeyd edək ki, 2018-ci ilin ilk doqquz ayı ərzində Heydər Əliyev Beynəlxalq Hava Limanı 3,49 milyon sərnişinə xidmət göstərmişdir. Bu göstərici 2017-ci ilin analoji göstəricisindən 10 faiz, 2016-cı ilin göstəricisindən isə 39 faiz çoxdur.
Azərbaycanın artan turizm potensialı sərnişin aviadaşımaları sahəsinin inkişafına, eləcə də yeni ölkə və şəhərlərə reyslərin açılmasına kömək edir. Hazırda Bakı hava limanı 40-dan çox istiqamət üzrə 30-dan çox aviaşirkətə xidmət göstərir.
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
19 d. əvvəl
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
-
-
41 d. əvvəl
Avropa Komissiyası SOCAR-ın İtaliya şirkətinin səhmlərini almasını təsdiqləyib
- 45 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
"S&P Global Ratings" PAŞA Bank-ın proqnozunu “müsbət”ə yüksəltdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Satışları kəskin azalıb - Nəhəng şirkət daha 100 mağaza bağlayacaq
-
1 saat əvvəl
Tarixin ən böyük birja çöküşü qapıdadır: “Hazırlıqlı olan daha da varlanacaq”
-
1 saat əvvəl
Unibank sahibkarlar üçün mikro kredit kampaniyasını davam etdirir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Yelo Bank”a 2 yeni icraçı direktor təyin edilib
Birbank-ın Yığım hesabı ilə pulunuz hər gün gəlir gətirsin
Ən çox oxunanlar
Satışları kəskin azalıb - Nəhəng şirkət daha 100 mağaza bağlayacaq
Unibank sahibkarlar üçün mikro kredit kampaniyasını davam etdirir
Rusiya şirkətinə məxsus palma yağı Azərbaycanda satışa buraxılmadı, məhv edilməsi barədə qərar qəbul edildi
“Beneva” şirkətinin bioloji aktiv qida məhsulu tələblərə cavab vermədiyindən məhv edilib






















