“Bank Avrasiya” ASC-dən stabil fəaliyyətin göstəriciləri
(®) Müştəri məmnuniyyətini daim diqqət mərkəzində saxlayaraq “Bank Avrasiya” ASC daha keyfiyyətli və müasir bank xidmətləri göstərilməsi istiqamətində işləri davam etdirir.
Artıq Bankın müştəriləri kart və cari hesablara mədaxil əməliyyatlarını, eləcə də kredit ödənişlərini Milli Ön və E-Manat ödəniş terminalları vasitəsilə 24/7/365 rejimində həyata keçirə bilərlər. Bu əməliyyatlar fiziki və hüquqi şəxslərin hesablarında 1-3 dəqiqə ərzində əks olunur. Müştərilərin nağdsız hesablaşmalara təşviqi sahəsindəki siyasətə dəstək olaraq “Bank Avrasiya” ASC öz müştərilərinə debet və kredit kartlarını pulsuz təklif edir.
Həmçinin cari ilin sonunadək yeni, təmassız kartların istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Bu növ kart sahibləri öz kartlarını ticarət və xidmət müəssisələrində həmin texnologiyanı dəstəkləyən terminala yaxınlaşdıraraq mal və xidmətlərin dəyərini saniyələr ərzində ödəyə biləcəklər.
Bankın kredit siyasəti də rəqabətli bank bazarına uyğunlaşdırılaraq yeni əlverişli şərtlərlə müxtəlif növ istehlak, ipoteka və biznes kreditləri təklif olunur. Belə ki, hal-hazırda Bankın müştəriləri 20 faizdən başlayaraq istehlak, 4-7 faizlə və cəmi 0.1 faiz komissiya olmaqla ipoteka və 8 faizdən başlayaraq biznes kreditləri əldə edə bilərlər.
Məlumat üçün qeyd edək ki, 2018-ci ilin 9 ayı ərzində Bankın maliyyə göstəriciləri üzrə stabil artım müşahidə olunur. Belə ki, 01.10.2018-ci il tarixinə olan məlumata əsasən Bankın məcmu kapitalı 61 milyon 103 min manat təşkil edir. Bankın aktivləri ilin əvvəlindən 9% artaraq 164.8 milyon manata, müştərilərə verilmiş kreditin məbləği 8% artaraq 92.5 milyon manata, fiziki və hüquqi şəxslərdən cəlb edilmiş müddətli depozitlərin həcmi 12% artaraq 32.2 milyon manata çatmışdır. 2018-ci ilin 9 ayı ərzində Bankın xalis əməliyyat mənfəəti 4 milyon 646 min manat təşkil etmişdir.
"Bank Avrasiya" ASC 27.11.2007-ci il tarixindən fəaliyyət göstərir və bütün iqtisadi normativlərə riayət edərək 10 ildən artıq müddətdə ölkəmizdə keyfiyyətli və zəmanətli xidmət göstərməklə öz müştərilərinin rəğbətini qazanmışdır.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 7 d. əvvəl
-
-
1 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Bank kartları dələduzların hədəfinə necə çevrilir?
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb
Daha 3 həkim-mütəxəssisə plastik cərrahiyyə üçün icazə verilib
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir






















