Bakıda 75 milyon dollara qurğu köçürüləcək
Neftin ilkin emalı üzrə qurğunun keçmiş “Azneftyağ” NEZ-dən Heydər Əliyev adına Neft Emalı Zavoduna köçürülməsi işlərinin dəyəri 75 mln. dollara səviyyəsində qiymətləndirilir. Bu barədə hökumətdən məlumat verilir.
“Neftin ilkin emalı üzrə qurğunun fəaliyyət göstərməyən “Azneftyağ” NEZ-dən Heydər Əliyev adına Neft Emalı Zavoduna köçürülməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilib. Qurğuya baxış keçirilib və podratçı seçimi proseduruna başlanıb. Müqavilənin proqnozlaşdırılan dəyəri 75 mln. dollar təşkil edir”, - hökumətdən qeyd ediblər.
Xəbər verildiyi kimi, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (BNEZ) modernizasiya və yenidənqurma layihəsi zavodun neftin ilkin emalı üzrə gücünün artımını nəzərdə tutur. Hazırda zavodda gücü illik 6 mln. ton olan neftin ilkin emalı (ELOU-AVT) qurğusu var. Həmin güclərin təxminən illik 8 mln. tonadək çatdırılması üçün “Azərneftyağ” illik məhsuldarlığı 2 mln. ton təşkil edən neft emalı zavodundakı ELOU-AVT qurğusunun Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna (BNEZ) köçürülməsi planlaşdırılır. Qurğunun bir zavoddan digərinə köçürülməsi 32 ay müddətinə başa gələcəyi ehtimal olunur.
Tam həcmdə zavodun modernləşdirilməsi 2021-ci ildə başa çatacaq. H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi ümumilikdə 3 mərhələdə həyata keçiriləcək və 14 qurğunun tikintisini nəzərdə tutur. Layihə $2,2 mlrd. səviyyəsində qiymətləndirilir.
BNEZ-in yenidənqurulmasının birinci mərhələsi 2018-ci ildə başa çatacaq. Nəticədə, yeni bitum qurğusu, ümumi zavod təsərrüfatı qurğuları və yeni LPG məntəqəsi istifadəyə veriləcək.
2020-ci ilin sonunda BNEZ-in yenidənqurulmasının ikinci mərhələsinin yekununda “Avro-5” standartları üzrə dizel yanacağının istehsalı, üçüncü mərhələnin yekunları üzrə - “Avro-5” standartları üzrə Aİ 92/95/98 markalı avtomobil benzininin istehsalı təşkil olunacaq.
Modernizasiyadan sonra BNEZ-də illik 2,2 mln. ton avtomobilo benzini (hazırda 1,2 mln. ton təşkil edir), illik 2,9 mln. ton dizel yanacağı (1,9 mln. ton), 1 mln. ton reaktiv yanacağı (600 min ton), 400 min ton bitum (200 min ton), 390 min ton neft-kimya məhsulları (112 min ton) istehsal olunacaq.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
14 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























