"Sığorta müəyyən təbəqə üçün bahalı görsənir" - MÜSAHİBƏ
Bu ilin yanvar-avqust aylarının nəticələrinə görə, "A-Qrup" sığorta şirkəti 4 milyon 421 min manat sığorta haqqı toplayıb, ötən illin eyni dövrü ilə müqayisədə şirkətin yığımları 36% artıb. Yığımlardakı artım və "A-Group" sığorta şirkətinin vəziyyəti ilə bağlı sualları şirkətin İdarə Heyətinin sədri Anar Bayramov cavablandırıb.
- Anar müəllim, ilk 8 ayın nəticələrinə görə, şirkətiniz müsbət dinamika nümayiş etdirir, yığımlar sürətlə artır. Bu kimin və nəyin hesabına baş verir?
- Artımlar əsasən, korporativ müştərilərin – şirkətlərin hesabına baş verir. Biz çalışırıq ki, fərdi bazarda da aktiv olaq və bununla bağlı yeni məhsulumuz da var. Bu - ailə sığortasıdır. Bu sığorta hər bir ailə üçün əlçatandır və çox geniş təminatı var.
- Tibbi sığortada əsas məsələlərdən biri də "chek up"dır. Bu proses, yəni müştərilərin "chek up"ı sığorta haqqına daxildir?
- Bəli, bu saat ən aktual olan məsələ "chek up"dır və tibbi "chek-up" da ailə sığortasına daxildir. Biz çalışırıq ki, bu sığorta növünü inkişaf etdirək və əhaliyə tövsiyyə edirik ki bu sığorta növündən istifadə etsin. Buna baxmayaraq fərdi sığortalıların sayı korporativlə müqayisə də çox azdır. Bizim müştərilərimizin 95-96%-i korporativ müştərilərdir. Amma biz yenə də çalışırıq ki, bu sığorta növündən istifadə etsinlər.
- "A-Qrup"un fərdi müştərilərlə bağlı bir hədəfi varmı?
- Hədəfimiz fərdi müştərilərin 20%-ə çatmasıdır. Bu uzağ görsənən hədəfdir, lakin bunun üzərində işləməliyik, insanların sığortaya yanaşması dəyişməlidir ki və bu da vaxt tələb edir.
- Sizcə insanların imkanlarımı yoxdur sığorta etdirməyə, yoxsa qənaət üçün bunu etmirlər?
- Bir neçə faktor var. 1-cisi müəyyən təbəqə üçün bu baha görsənir. Bunlar o təbəqələrdir ki, maddi imkanları məhduddur. Hərçənd elə bu insanlar üçün tibbi sığorta vacibdir. Sabah hər hansısa bir hadisə olan zaman, bilirik ki müalicə xərcləri kifayət qədər bahadır və bu sığorta növü onlara çox kömək edərdi.
Digər bir tərədən, müəyyən təbəqə də var ki, hansının ki, maddi imkanları yaşıdır. Belələri də deyir ki, tibbi sığortaya ehtiyac yoxdur, nə isə olsa xərcləri özüm qarşılayacam. Yəni bizdə sığorta ilə bağlı bir az mental problemlər var.
- Anar müəllim, tibbi sığortada ən çox ödənişlər hansı xəstəliklərlə bağlıdır?
- Ödənişlərin böyük hisəsi əsasən ambulator müalicəyə gedir, yəni stasionar müalicə və cərrahi əməliyyatlar kənarda qalır, ödənişlərimizin 70% -dən çoxu ambulator müalicəyə sərf olunur.
- İnsanlar bu yolla sığortadan hökmən nə isə qopardmaq istəyirlər, yoxsa doğrudan da ambulator müalicəyə ehtiyac olur?
- Deməzdim ki, bu belədir. Səhhətlərinə ciddi yanaşırlarsa bu bizi sevindirir, bu gələcəkdə bizim riskləri azaldır, çünki hər bir xəstəliyin erkən diaqnozu və müalicəsi həm bizim xərcləri azaldır, həm də onların sağlamlığının möhkəmlənməsinə dəlalət edir . Ona görə də insanların yoxlanması, "chek up" etdirmələri önəmlidir və ona görə də biz ailə paketinə geniş cehk up daxil etmişik. Hətta orada müəyyən onkoloji, kardoloji, infeksion xəstəliklərin müəyyən olunması da daxil olub. Bunu alan hər bir ailə pulsuz olaraq "chek-up"dan istifadə edə bilər.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© FED
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
9 saat əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
10 saat əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
10 saat əvvəl
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
- 10 saat əvvəl
-
10 saat əvvəl
Ölkədə ilk dəfə - “PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi
-
11 saat əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
Son Xəbərlər
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
6,3 milyard manatlıq defisiti olan "Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Ən çox oxunanlar
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı






















