İş adamlarının yarıdan çoxu biznesin kiçildiyini və ya dəyişiklik olmadığını hesab edir
Azərbaycanın 6 iqtisadi rayonunu və iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 100 nəfər sahibkar arasında ölkədə biznes mühitinin qiymətləndirilməsi ilə bağlı sorğu təşkil edilib.
“Vergilər” qəzetinin xüsusi buraxılışında bildirilir ki, sorğuda rəyi soruşulanların 41%-i, paytaxt da daxil olmaqla, Abşeron iqtisadi rayonunda, 20,8%-i Aran, 13,7%-i Quba-Xaçmaz, 9,5%-i Yuxarı Qarabağ, 9%-i Şəki-Zaqatala, 6%-i isə Lənkəran iqtisadi rayonlarında fəaliyyət göstərən sahibkarlar olub. Sorğuya cəlb edilən sahibkarların 29,5%-i sənaye, 23,9%-i kənd təsərrüfatı, 20,5%-i xidmət, 21,6%-i ticarət sektorunda çalışırlar.
Respondentlər arasında tikinti sektorunu (2,3%) təmsil edən sahibkarlar da yer alıb. Xidmət sektorunu təmsil edən sahibkarların 15,4%-i təhsil, 11,5%-i turizm, 7,7%-i ictimai iaşə üzrə ixtisaslaşıb.
Ötən bir ildə bizneslərinin vəziyyəti ilə bağlı suala cavablarında respondentlərin 46,6%-i biznesin genişləndiyini, 18,2%-i kiçildiyini, 35,2%-i isə dəyişiklik olmadığını qeyd edib. Sektorlar üzrə təhlil göstərir ki, daha çox tikinti sektorunda (100%) biznes genişlənib. Kənd təsərrüfatı sektorunda çalışanların yarıdan çoxu (52,5%), xidmət sektorunun isə 46,2%-i vəziyyətin müsbətə doğru dəyişdiyini bildiriblər. Sənaye (38,9%) və ticarət sektorunun (36,8%) təmsilçilərinin təxminən 1/3-i bu fikirləri bölüşüblər.
Digər sektorlarla müqayisədə biznesin kiçilməsini daha çox ticarət (26,3%) sektoru qeyd edib. Xidmət sektorunun 19,2%-i, sənayenin 16,7%-i, kənd təsərrüfatının 14,3%-i ötən il ərzində bizneslərinin kiçildiyini iddia ediblər.
Sorğunun regional təhlili göstərir ki, ötən il ən yaxşı biznes göstəricisi Yuxarı Qarabağ iqtisadi rayonunda olub. Bu regionu təmsil edən sahibkarların 66,7%-i biznesin genişləndiyini qeyd edib. Abşeron iqtisadi rayonu üzrə respondentlərin 52,5%-i bu mövqeni bölüşüblər. Quba-Xaçmaz və Aran iqtisadi regionu təmsilçilərinin təxminən 30%-i biznesin genişləndiyini bildirib. Sorğuya əsasən, Zaqatala-Şəki təmsilçilərinin 42,9%-i biznesini genişləndirməyə nail olublar.
Biznesin kiçilməsi daha çox Aran (29,4%) iqtisadi rayonunda qeydə alınıb. Abşeron iqtisadi rayonunda çalışan hər beşinci respondent biznesinin kiçildiyini bildirib. Yuxarı Qarabağ, Zaqatala-Şəki (14,3%) və Quba-Xaçmaz regionlarının respondentlərinin cavablarından aydın olur ki, bu regionları təmsil edən sahibkarların təxminən 10%-də biznesin kiçilməsi baş verib. Lənkəran iqtisadi rayonundan respondentlər hesab edirlər ki, onların biznesində dəyişiklik olmayıb. Rəyi soruşulanların 42%-i ötən bir ildə işçilərinin sayının artdığını, 25%-i azaldığını, 33%-i isə bu sahədə dəyişikliyin olmadığını qeyd edib.
ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET
Sorğunun nəticələrinin təhlili göstərir ki, respondentlərin təxminən yarısı ötən bir ildə ölkədə biznes mühitinin yaxşılaşdığı qənaətindədirlər. Respondentlərin 22,7%-i hesab edir ki, bu müddətdə biznes mühiti pisləşib, 27,4%-i isə hər hansı dəyişikliyin olmadığını qeyd edib. Biznes mühitinin yaxşılaşdığını iddia edənlər bunu müxtəlif səbəblərlə izah ediblər. Sahibkarların 27,3%-i yaxşılaşmanı satdıqları məhsullara və ya göstərdikləri xidmətlərə tələbatın artması ilə əlaqələndiriblər. İkinci əsas səbəb kimi, yoxlamaların azalması (18,2%) və vergi münasibətlərinin yaxşılaşması (18,2%) qeyd edilib. Respondentlər arasında gömrük sistemində şəffaflığın artmasını (13,6%), istehsalın genişlənməsini (13,6%), satdıqları məhsulların və ya göstərdikləri xidmətlərın bahalaşmasını (11,4%) müsbət addım kimi dəyərləndirənlər də olub. Rəyi soruşulanların 9,1%-i dövlət dəstəyinin artmasını və rəqabət mühitinin yaxşılaşmasını, 6,8%-i elektronlaşmanın genişlənməsini və maneələrin aradan qalxmasını müsbət amil kimi dəyərləndirib. Respondentlərin cəmi 4,5%-i sənədləşmə işlərinin azalmasını və kredit əldə etməyin asanlaşmasını qeyd ediblər. Sorğu iştirakçılarının 27,3%-i digər məsələləri, o cümlədən qiymətlərin sabitləşməsini, korrupsiyanın azalmasını, tikinti sahəsinin aktivləşməsini və s. müsbət amil kimi göstəriblər.
Suallardan biri də respondentlərin indiki dövrdə bizneslərində üzləşdikləri problemlərlə bağlı olub. Cavabların təhlili göstərir ki, rəyi soruşulan sahibkarlar üçün əsas problem maliyyə resurslarına çıxışın çətinliyi (26,1%), müştərilərin azlığı (25%) və xərclərin çoxluğudur (20,5%).
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 14 d. əvvəl
-
-
15 d. əvvəl
Bərpa, Tikinti və İdarəetmə Xidməti 3,2 milyon manat xalis mənfəət əldə edib
- 11 saat əvvəl
-
14 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 15 saat əvvəl
-
15 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
15 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
15 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
Ən çox oxunanlar
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı























