Müəssisə sahibləri barədə - QƏRAR VERİLDİ
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sabunçu rayonunda atmosferə atılan tullantıların qarşısının alınması məqsədilə tədbirləri davam etdirir.
Nazirlikdən verilən məlumata görə, rayonun Zabrat qəsəbəsi, 18 Oktyabr küçəsi 56 ünvanında fəaliyyət göstərən metaləritmə sexindən ətrafa tüstü və qoxunun yayılması ilə bağlı daxil olan şikayət əməkdaşlar tərəfindən yerində araşdırılıb və monitorinq keçirilib. Atmosfer havasından nümunələr götürülüb və analizlər aparılıb. Analizlərin nəticələrinə görə havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.
Faktla bağlı sexin sahibi Mürsəl Məmmədov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 4000 manat məbləğində cərimə olunub.
Atmosferə atılan tullantıların qarşısının alınması məqsədilə sex sahibinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
Bundan başqa, Nazirliyə Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində fəaliyyət göstərən metaləritmə sexindən ətrafa tüstü və qoxunun yayılması ilə bağlı daxil olan şikayət əməkdaşlar tərəfindən yerində araşdırılıb və monitorinq keçirilib. Atmosfer havasından nümunələr götürülüb və analizlər aparılıb. Analizlərin nəticələrinə görə havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.
Faktla bağlı sexin sahibi Ümüdvar Ağayev barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə olunub.
Atmosferə atılan tullantıların qarşısının alınması məqsədilə sex sahibinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
-
12 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























