İri ət məhsulları şirkətinin ləğv edilməsi səbəbləri açıqlandı
““Dəvəçi Broyler Dərin Emal” hüquqi şəxs olaraq ləğv edilir, istehsal davam edəcək”
Xəbər verdiyimiz kimi 28 dekabr 2018-ci il tarixində “Səba” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.“Gündəlikdəki məsələlərə - “Səba” ASC-nin təsisçisi olduğu “Dəvəçi Broyler Dərin Emal” MMC-nin ləğv edilməsi və aktivlərinin “Səba” ASC-nin balansına qəbul olunması barədə məsələ də daxildir.
“Səba” ASC-nin hüquqşunası Ramil Süleymanov “Marja”ya bildirdi ki, “Dəvəçi Broyler Dərin Emal” MMC-nin hüquqi şəxs olaraq ləğvi təklif olunur, istehsal fəaliyyətinin dayandırılması nəzərdə tutulmur.
““Dəvəçi Broyler Dərin Emal” müəssisəsi “SƏBA” brendi ilə quş əti məhsulları və digər məhsullar istehsal edir. “SƏBA” ASC-nin fəaliyyətinin genişləndirilməsi, daha dəqiq hədəflərin müəyyənləşdirilməsi, vahid mühasibatlığa keçilməsi, idarəetmənin effektivliyinin və gəlirliliyin artırılması üçün “Dəvəçi Broyler Dərin Emal” MMC-nin ləğv edilməsi və balansının “Səba”ya ötürülməsi nəzərdə tutulur. Əgər səhmdarlar bu təklifi qəbul edərsə, “Səba” ASC-də Dərin Emal departamentinin yaradılması da nəzərdə tutulur. MMC ləğv edilsə də, istehsal “Səba”nın balansında davam edəcəkdir”.
"İŞÇİLƏR İXTİSAR EDİLMƏYƏCƏK"
Ramil Süleymanov qeyd etdi ki, ləğvetmə baş tutarsa “Dəvəçi Broyler Dərin Emal” MMC-nin işçi heyəti ixtisar edilməyəcəkdir. MMC-nin işçiləri “Səba”da yaradılacaq yeni departamentdə müvafiq işlə təmin olunacaqlar.
YENİ İNVESTİSİYALAR NƏZƏRDƏ TUTULUR
ASC-nin hüquqşunası vurğuladı ki, “Dəvəçi Broyler Dərin Emal” MMC-nin əmlakı “Səba” ASC-yə keçdikdən sonra yeni investisiyalar da gözlənilir: “Ən son texnologiyaların tətbiq edilməsilə istehsalın daha müasir səviyyəyə qaldırılması, daha yüksək keyfiyyətli və geniş çeşiddə məhsulların istehsal edilməsi nəzərdə tutulur”.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Qeyd edək ki, "Qarabağ Taxıl" MMC və “ Dəvəçi Broyler Dərin Emal” MMC “Səba” ASC-nin törəmə şirkətləridir. Həmçinin "Biləsuvar Aqro" MMC “Səba” ticarət nişanı ilə süd məhsulları istehsal edir.
2010-ci ilin noyabrında fəaliyyətə başlayan “Dəvəçi Broyler Dərin Emal” MMC “Səba” ASC tərəfindən istehsal olunan toyuq ətinin dərin emalı nəticəsində yarımfabrikat məhsullarının istehsalı məqsədi ilə yaradılmışdır. “Dəvəçi Broyler Dərin Emal” şirkəti toyuq nagetləri, kotletlər, kabablar, sosislər, farş və sair məhsulları “Səba” brendi ilə satışa təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
21 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 34 d. əvvəl
- 37 d. əvvəl
- 39 d. əvvəl
- 40 d. əvvəl
- 43 d. əvvəl
- 44 d. əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib







.jpg)








