"Dövlətə olan borcunu qaytarmamaq üçün bizdən şikayət edir" -Nazirlikdən iddialara cavab
Mirzə Əliyev: "Assosiasiya sədrinin Dövlət Xidmətindən şikayətlənməsinin səbəbi onun rəhbərlik etdiyi kredit ittifaqı ilə əməkdaşlığın dayandırılmasıdır".
“Azərbaycan Kredit İttifaqları Assosiasiyasının sədri Cəlil Süleymanovun açıqlamaları dövlətə olan borcunu geri qaytarmamaq üçün uğursuz cəhddir”
Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev Azərbaycan Kredit İttifaqları Assosiasiyasının sədri Cəlil Süleymanovun Nazirlikdən media vasitəsilə şikayətini dövlətə olan borclarını geri qaytarmamaq və təsisçisi olduğu kredit ittifaqının qanunsuz addımlarını ört-basdır etmək üçün uğursuz cəhd hesab edir.
HƏMÇİNİN OXU: Kənd Təsərrüfatı Nazirliyindən giley - "Dəfələrlə müraciət etsək də..."
Kənd Təsərrüfatı Nazirliyindən "Marja"ya daxil olmuş məlumata görə, Mirzə Əliyev bildirib ki, Azərbaycan Hökumətinin aqrar sektora ayırdığı güzəştli kreditlərin verilməsi məqsədilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti 39 müvəkkil kredit təşkilatı ilə əməkdaşlıq edir. Bu müvəkkil kredit təşkilatlarının 19-u kredit ittifaqıdır. Kredit ittifaqları vasitəsilə fermer və sahibkarlara təqdim edilmiş kreditlər Dövlət Xidmətinin kredit portfelinin 13%-ni təşkil edir. Bu da kredit ittifaqları tərəfindən verilmiş kreditlərin ölkə üzrə orta göstəricisindən (1%-dən də az) dəfələrlə artıqdır.
Kredit ittifaqlarına Dövlət Xidməti tərəfindən ayrılmış kredit portfelinin 69%-i qeyri-işləkdir. Müvəkkil kredit təşkilatlarının DX qarşısında olan vaxtı keçmiş borclarının 42%-i kredit ittifaqlarının payına düşür. Lakin fermerlərin ehtiyaclarını nəzərə alaraq, kredit ittifaqları ilə əməkdaşlıq davam etdirilir.
Azərbaycan Kredit İttifaqları Assosiasiyasının sədri Cəlil Süleymanovun özünün təsisçi olduğu “Aran” Kredit İttifaqının da kreditləri vaxtı keçmiş kreditlər siyahısındadır. Assosiasiya sədrinin Dövlət Xidmətindən şikayətlənməsinin səbəbi isə onun rəhbərlik etdiyi kredit ittifaqı ilə əməkdaşlığın dayandırılmasıdır. Dövlət Xidməti əməkdaşları ilə görüşlərdə “Aran” Kredit İttifaqının təsisçisi fermerlərin götürdüyü kreditlərdən geri qaytarılan vəsaitlərin yüksək faizli məişət (istehlak) kreditlərinə yönəldildiyini bildirib. Cəlil Süleymanov bu addımı kredit ittifaqının mövcudluğunu davam etdirməsi səbəbilə atdığını deyib.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti rəhbərliyi və kredit mütəxəssisləri Azərbaycan Kredit İttifaqları Assosiasiyasının sədri Cəlil Süleymanov ilə dəfələrlə görüşüb, həm öz kredit ittifaqı, həm də Assosiasiyaya daxil olan digər kredit ittifaqlarının borcları barədə xəbərdarlıq ediblər. “Təəssüf ki, müxtəlif vasitələrlə dövlət strukturuna təsir edib, qanunvericiliyin tələblərini öz xeyrinə dəyişmək istəyən Assosiasiya sədri indi də təzyiq vasitəsi kimi medianı seçib” - Dövlət Xidmətinin rəisi Mirzə Əliyev deyib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Mirzə Əliyev əlavə edib ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti bir sıra kredit ittifaqlarının rəhbərləri ilə görüşərək, kredit ittifaqlarının sağlamlaşdırılması istiqamətində tövsiyə verib və yardım göstərir. Dövlət Xidməti aqrar sektorun inkişafı, kənd yerlərində əhalinin məşğulluq səviyyəsinin artırılması, ərzaq təhlükəsizliyinin təmini, idxaldan asılılığın azaldılması və ixrac qabiliyyətinin artırılması məqsədilə sağlam təsərrüfat və biznes quran, Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində fəaliyyət göstərən bütün fermer və sahibkarlara dəstək verir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
-
6 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
6 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
7 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb























