OPEC qərarını sabah açıqlayacaq - GƏRGİN MÜZAKİRƏ DAVAM EDİR
Avstriyanın paytaxtı Vyanada davam edən Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) 175-ci toplantısından sonra nəzərdə tutulan mətbuat açıqlamasının sabah veriləcəyini bildirilib.
"Marja" xəbər verir ki, OPEC-in mətbuat xidmətindən verilən məlumata görə, son həftələrdə neft qiymətlərində baş verən ciddi azalmaya dair tədbirləri müzakirə etmək üçün bir araya gələn OPEC üzvü olan 15 ölkənin neft və energetika nazirlərinin danışıqlarını davam etdirdiyi, bu səbəbdən bu gün planlaşdırılan açıqlamanın sabaha saxlanıldığı bildirilib.
OPEC-ə üzv olmayan ölkələrin nazirlərinin də qatılacağı sabahkı toplantıdan sonra, həm OPEC üzvü, həm də aralarında Rusiyanın da olduğu OPEC üzvü olmayan ölkələrin verəcəyi qərarın dünya ictimaiyyətinə açıqlanacağı qeyd edilib.
Bu gün başlayan toplantı nəticəsində üzv ölkələrin yenidən gündəlik neft hasilatını azaltmaq qərarı verəcəyi gözlənilirdi.
Qərarın sabah açıqlanması, 5-incisi keçirəcək OPEC və OPEC-ə üzv olmayan ölkələr görüşünün əhəmiyyətini artırıb.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
ABŞ, Rusiya və Səudiyyə Ərəbistanının xam neft hasilatları rekord həddə çatıb. Qlobal neft bazarında təklifin artması nəticəsində qiymətlər aşağı düşür. 4 Oktyabrda 86 dollar olan Brent növü xam neftin barrel qiyməti, 33 faiz azalma ilə 29 Noyabrda 57,5 dollara geriləmişdi.
Hazırda (saat 21:30) Brent neftinin qiyməti 59,34 dollardır. Bu gün Brent nefti 3,6% ucuzlaşıb.
OPEC İqtisadi Komissiyası, ötən həftə dərc olunan hesabatda, neft qiymətlərində tarazlığın yenidən bərpa olunması üçün cəmi hasilatın gündəlik ən azı 1,3 milyon barrel səviyyəsində azaldılması lazım olduğu tövsiyə etmişdi.
OPEC və OPEC üzvü olmayan neft istehsalçıları, 2016-da neft hasilatının gündəlik 1,8 milyon barrel azaldılması barədə qərar qəbul etmişdilər. Ötən ilin may ayında isə bu qərardan imtina edilərək istehsal artımına gedilmişdi.
Reuters: OPEC ölkələri hasilatın azaldılması barədə prinsipcə razılığa gəliblər
Axşam saatlarında "Reuters" agentliyinin yaydığı xəbərdə bildirilirdi ki, OPEC-ə üzv ölkələr Vyanada keçirilən iclasda hasilatın azaldılmasına dair prinsipcə razılığa gəliblər. Açıq qalan sual hasilatın hansı həcmdə azaldılması və əsas qeyri-OPEC ölkəsi Rusiyanın hasilatın azaldılmasında iştirakı ilə bağlıdır.
Gündəlik hasilatın 1 milyon barrel azaldılmasının kifayət edəcəyi qənaətində olan Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih dekabrın 7-də axşamadək qeyri-OPEC ölkələri ilə də razılaşma əldə ediləcəyinə ümidvar olduğunu bildirib.
Agentliyin məlumatında, həmçinin bildirilir ki, Səudiyyə Ərəbistanı Rusiyanı hasilatı gündəlik 250-300 min barrel aşağı salması ilə bağlı danışıqlar aparır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 saat əvvəl
-
-
7 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
10 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 10 saat əvvəl
-
11 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 12 saat əvvəl
-
13 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir













.jpg)












