ABŞ neft qiyməti proqnozlarını 11 dollar aşağı saldı
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) gələn ilə dair neft qiyməti proqnozlarını 11 dollar aşağı salıb.
"Marja" xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) "Dekabr 2018" Hesabatında, gələn il Brent tipli xam neftin orta hesabla barrel qiymətinin 61 dollar, ABŞ-ın Qərbi Texas (WTI) növü xam neftinin orta hesabla barrel qiymətinin də 54 dollar olmasının nəzərdə tutulduğu bildirilib.
EIA-nın noyabr hesabatında, gələn il Brent neftin barrel qiymətinin 72 dollar, WTI nefti üçün də 65 dollar olacağı təxmin edilmişdi.
Beləliklə, hər iki xam neft növünün gələn ilə dair barrel qiyməti, bir ay əvvəlki hesabata nisbətən 11 dollar aşağı salınmışdır.
Hesabatda, dünyanın ən böyük neft istehsalçıları olan ABŞ, Rusiya və Səudiyyə Ərəbistanının xam neft istehsallarının ötən ay rekord səviyyələrə çatdığı qeyd edilib.
Hesabatda, gələcək aylar üçün qlobal iqtisadi artım və neft tələbdəki artım sürəti ilə bağlı narahatlıqların davam etdiyi vurğulanıb.
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-ə üzv olmayan ölkələrin, 7 Dekabrdakı iclasında, ümumi xam neft hasilatlarını 1 Yanvardan etibarən gündəlik 1,2 milyon barel azaltmaq qərarı verdiyi xatırladılan hesabatda, gələn ilin ortalarına doğru qlobal neft ehtiyatlarının azalmasının gözlənildiyi qeyd edilib.
İSTEHSAL GÖZLƏNTİSİ DƏYİŞMƏDİ
Hesabatda, ABŞ-ın xam neft hasilatının bu il 10,9 milyon barrel, gələn il isə 12,1 milyon barrel olmasının nəzərdə tutulduğu bildirilib. Ölkənin xam neft hasilatı keçən il gündəlik orta hesabla 9,4 milyon barrel təşkil etmişdi. ABŞ-ın xam neft hasilatı ötən ay gündəlik orta hesabla 11,7 milyon barrel səviyyəsinə çataraq Rusiya və Səudiyyə Ərəbistanı geridə qoymuş və ölkə dünya üzrə ilk yerə çıxmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)

















