OPEC-in neft hasilatı noyabrda azalıb
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) gündəlik xam neft hasilatı noyabr ayında əvvəlki ay ilə müqayisədə gündəlik 11 min barrel azalaraq 32 milyon 970 min barrelə düşüb.
OPEC-in noyabr ayının göstəricilərinə dair neft bazarı hesabatına görə, keçən ay qlobal neft təklifi oktyabr ayı ilə müqayisədə gündəlik 500 min barrel artaraq 100 milyon 640 min barel olub.
Noyabrda OPEC-ə üzv olmayan ölkələrdə neft hasilatı gündəlik 440 min barel artımla təxminən 67 milyon 670 min barrelə qalxıb.
OPEC-in xam neft istehsalı isə keçən ay əvvəlki ay ilə müqayisədə gündəlik 11 min barrel azalaraq 32 milyon 970 min barel olub. Beləliklə, OPEC-in noyabrda ümumi qlobal neft hasilatı içindəki payı əvvəlki aya nisbətən 0,2 faiz azalaraq 32,8 faiz səviyyəsinə enib.
Keçən ay OPEC daxilində gündəlik xam neft hasilatını ən çox artıran ölkələr Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Küveyt olub. Səudiyyə Ərəbistanında gündəlik hasilat 377 min barel artımla 11 milyon 16 min barelə yüksəlib. Birləşmiş Ərəb Əmirliklərində gündəlik xam neft hasilatı 71 min barrel artaraq 3 milyon 246 min barelə, Küveytdə gündəlik hasilat 45 min barrel artaraq 2 milyon 809 min barrelə çıxıb.
Noyabrda gündəlik neft istehsalında OPEC daxilində ən böyük azalma İran, Venesuela və Nigeriyada baş verib. İranda gündəlik hasilat 380 min barrel azalaraq 2 milyon 954 min barrelə enib.
Venesuelada gündəlik neft hasilatı 52 min barrel geriləyərək 1 milyon 137 min barelə, Nigeriyada isə 30 min barel azalaraq 1 milyon 736 min barrelə enib.
Gələn il neftə qlobal tələbat artacaq
OPEC-in proqnozuna görə, gələn il qlobal neft tələbi 2018-ci illə müqayisədə 1 milyon 290 min barel artımla sutkada 100 milyon 80 min barelə çatacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 d. əvvəl
-
- 21 d. əvvəl
-
52 d. əvvəl
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
- 1 saat əvvəl
-
2 saat əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
2 saat əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 2 saat əvvəl
-
2 saat əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
- 3 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azərbaycan neftinin son qiyməti
Mercedes yenə BMW-dən geri qaldı
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ






















