"O şirkət mənə məxsus deyil" – SABİQ İCRA BAŞÇISI
Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin sabiq başçısı İbrahim Mehdiyev barəsində cinayət işi açılması ilə bağlı yayılan xəbərə münasibət bildirib.
Sabiq başçı vətəndaşları aldatdığı üçün haqqında cinayət işi açılan "İnşaat Konstruksiyaları” MMC-nin ona məxsus olması barədə yayılan məlumatın həqiqəti əks etdirmədiyini deyib.
Eks-başçının sözlərinə görə, o, hələ Yasamal rayon İcra Hakimiyyətinin başçısı olarkən 2016-cı ildə Bakının mərkəzi rayonlarında istismar müddəti başa çatmış, insanların çox yaşadığı qəzalı mənzillərlə əlaqədar dövlət başçısının təşəbbüsü ilə bir pilot layihə başlayıb: "Pilot layihədə əsas məqsəd o idi ki, qəzalı, istismar üçün yararsız binalardakı sakinlər köçürülsün, yerində yaxşı şəraitə malik yaşayış binaları tikilsin. Sakinlərə də yeni binada mövcud yaşayış mənzillərindən sahəsi 20 faiz böyük mənzillər verilsin. Bu təşəbbüsün nticəsində ötən müddət ərzində minlərlə ailə öz mənzil şəraitini yaxşılaşdırıb və yeni evlərdə yaşayırlar.
Bizim rayonumuzda bu təşəbbüs ictimaiyyət tərəfindən çox yüksək qəbul olundu və bizim rayonda da bu işlər gedirdi”.
İ. Mehdiyev "İnşaat Konstruksiyaları” MMC barədə məlumatsız olduğunu vurğulayıb: "Əgər belə şirkət varsa, mən də belə bir təşəbbüsə ləkə salan bir şirkətin qanunun ən ciddi tələbləri ilə cəzalandırılmasını istərdimn. Mənim o tikinti şirkəti ilə əlaqəmin olmasına gəlincə, bu xəbərin heç bir əsası yoxdur. Mən uzun illər istehsalatda, 17 il isə rayon icra hakimiyyəti başçısı işləmişəm. Ölkə başçısı tərəfindən əməyim qiymətləndirilib, "Şöhrət” ordeni ilə təltif olunmuşam. Mən hazırda layiqli təqaüd həyatımı yaşayıram, nəvələrimin yanındayam. İndi də nəvələrim yanımdadır”.
Qeyd edək ki, dünən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Baş Prokurorluğu birgə məlumat yayıb. Məlumatda bildirilir ki, Bakı şəhəri, M.Mehdizadə küçəsi 2-4 saylı ünvanda yaşamış vətəndaşların kollektiv müraciəti əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aparılmış araşdırma nəticəsində İnşaat Konstruksiyaları” MMC-nin vəzifəli şəxsləri tərəfindən Şəhərsalma və Tikinti Məcəlləsinin müddəaları pozulmaqla sözügedən ünvanda mövcud olan yaşayış və qeyri-yaşayış bina və qurğularının sökülmə işlərinin təşkili layihəsi hazırlanmadan və sökülmə işlərinin aparılmasına dair icazə alınmadan 46 sayda mənzil və 3 qeyri-yaşayış obyektinin söküldüyü müəyyən edilərək bu barədə toplanmış materiallar aidiyyəti üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.
Aparılmış araşdırmalarla İnşaat Konstruksiyaları MMC-nin vəzifəli şəxslərinin qeyd edilən qanunsuz hərəkətlərlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə və özbaşına tikinti işləri aparmalarına əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 222-1.1-ci (özbaşına tikinti işləri aparma) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bəzi media orqanları isə həmin tikinti şirkətinin Yasamal Rayon İcra Hakimiyyətinin sabiq başçısı İbrahim Mehdiyevə məxsus olduğunu yazmışdı.
YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL
© Bakupost
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 31 d. əvvəl
-
-
4 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
4 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
4 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb

























