Beynəlxalq Bank London Apellyasiya Məhkəməsinin qərarına münasibət bildirdi
Xarici kreditorların Böyük Britaniya ərazisində Azərbaycan Beynəlxalq Bankının aktivlərinə iddia tələblərinə qarşı müddətsiz moratorium qoyulmasının qəbul edilməməsi barədə London Apellyasiya Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli qərarına bank öz münasibətini açıqlayıb.
Bankın iki xarici kreditorun şikayəti üzrə qəbul edilmiş bu qərarla bağlı "Marja"ya daxil olmuş açıqlamasında qeyd edilir ki, bankın öhdəliklərinin könüllü restrukturizasiyası prosesi Böyük Britaniya ərazisində 06 iyun 2017-ci il tarixindən qüvvəyə minmiş məhkəmə qətmaməsi ilə tanınıb. Bu qərar hələ də öz qüvvəsindədir.
London Apellyasiya Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli qərarı isə gözlənilən idi. Birinci instansiya məhkəməsinin 2018-ci ilin əvvəlində qəbul olunmuş qətnaməsində qeyd edilmişdi ki, transsərhəd müflisləşməsi və iflas proseslərinə münasibətdə Gibbs qanununun tətbiq edilib-edilməməsi Ali Məhkəmənin səlahiyyətinə aiddir. Apellyasiya məhkəməsinin son qərarında da hakim təsdiq etmişdir ki, Böyük Britaniya ərazisində Azərbaycan Beynəlxalq Bankının aktivlərinə dair hər hansı hərəkətlərin kreditorlar tərəfindən aparılmasına müddətsiz moratorium elan etmək səlahiyyətində deyil. Çünki Böyük Britaniya ərazisində Gibbs qanunu həm birinci instansiya məhkəmələri, həm də apellyasiya məhkəmələri üçün məcburi xarakter daşıyır.
“London Apellyasiya Məhkəməsinin bu son qərarı isə transsərhəd effektinə malik deyil və yalnız Böyük Britaniya ərazisində qüvvədədir. Bank bu qərarla bağlı Böyük Britaniya Ali Məhkəməsinə sikayət vermək hüququndan istifadə edəcək”, - deyə Azərbaycan Beynəlxalq Bankının açıqlamasında göstərilib.
Sberbank və Franklin Tempeltona Azərbaycan Beynəlxalq Bankına qarşı iddia qaldırmaq hüququ verilsə də, onlar banka qarşı irəli sürülmüş iddia ilə bağlı başlamış məhkəmə prosesi çərçivəsində məhkəmə qətnaməsini ala və icraya yönəldə bilməzlər . Apellyasiya məhkəməsinin 18 dekabr 2018-ci il tarixli qətnaməsində qeyd edilmişdir ki, bu məhdudiyyət Ali Məhkəmə tərəfindən məsələ üzrə qərar verilənədək qüvvədə olacaq.
Açıqlamada o da bildirilib ki, bir sıra media orqanlarında bu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. London Apellyasiya Məhkəməsinin qərarı ilə "Sberbank" və "Franklin Tempelton"a Azərbaycan Beynəlxalq Bankının aktivlərinə tutma yönəltmək hüququ verilməyib. Bu hüququ əldə etmək üçün həmin kreditorlar Ali Məhkəmənin qərarını gözləməli və qalib gəlsələr, ayrıca iddia qaldırmalıdılar.
Böyük Britaniyada Azərbaycan Beynəlxalq Bankının restrukturizasiya planına qarşı çıxan iki kreditorun tələb hüquqları Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən buraxılan qiymətli kağızlar qismində təmin edilmişdir. Bu isə bankı həmin iddialar üzrə gələcək risklərdən qoruyur.
Xatırladaq ki, restrukturizasiya planına uyğun olaraq "Sberbank"a 20 milyon ABŞ dolları məbləğində kredit müqaviləsi üzrə 16 milyon ABŞ dolları dəyərində qiymətli kağızlar təklif edilib. Nəticədə "Sberbank"ın Azərbaycan Beynəlxalq Bankına qarşı əsas məbləğ üzrə iddia tələbi cəmi 4 milyon ABŞ dolları təşkil edir. Qeyd edək ki, restrukturizasiya planını qəbul etməyən "Sberbank" və "Franklin Tempelton"la bağlı öhdəliklər restrukturizasiya olunmuş öhdəliklərin ümumi məbləğinin cəmi 5 faizini təşkil edir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 saat əvvəl
-
-
9 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
9 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
10 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
























