Dünya brendlərinin siqaretləri Azərbaycanda istehsal olunacaq
Yaxın vaxtlarda Azərbaycanda xarici tanınmış siqaret brendlərinin istehsalı başlanacaq. Bu barədə ölkənin ən byöük tütün məhsulları istehsalçılarından biri olan “Tabaterra” QSC-dən bildirilib.
Şirkətdən verilən məlumata görə, 5 ədəd İstehsal xəttinin yerləşdirilməsi nəzərdə tutulub ki, bununda illik istehsal həcmi 11 milyard ədəd siqaret təşkil edir. Nəticədə “Tabaterra” QSC istehsal gücünə görə, ölkənin siqaretə olan tələbatının 80%-ni təmin etmək gücündə olacaq: “Hal hazırda ölkə ərazisində siqaretə olan illik tələbat 14 milyard ədəddir. Bu isə o deməkdir ki, Tabaterra QSC ölkənin tütün məmulatlarına olan tələbatının 80 faizini qarşılamağa qadir olacaqdır”-deyə bildirilir.
Şirkət daxili bazarı təmin etdikdən sonra sonra xarici bazarlara çıxmaq niyyətindədir: “Başlanığıc olaraq hədəfimiz hal hazırda illik 11 milyard ədəd siqaret təşkil edən idxalı sıfırlayaraq yerli istehsala çevirməkdən ibarətdir. Eyni zamanda ixrac imkanları da tərəfimizdən araşdırılmaqdadır. Bu istiqamətdə atacağımız ilk addım isə Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən ticarət evlərində mövcudluğumuzu təmin etməkdən ibarət olacaqdır”.
“Tabaterra” QSC-dən o da bildirilib ki, Böyük Britaniya, Almaniya və İtaliya texnologiyaları əsasında qurulan fabrikdə 3 müxtəlif formatda dünya standardlarına tam olaraq cavab verən yüksək keyfiyyətli filtrli siqaretlər istehsal ediləcək.
Hal-hazırda Fabrik özünə məxsus olan “Argo”, “Kingston” və “Senate” brendlərini istehsal edir. “Argo” brendi artıq istehlakçılara təqdim olunub. Ən qısa zamanda isə “Kingston” və “Senate” brendlərinin də istehlakçılara təqdim olunmasl planlaşdırılır.
Bundan əlavə, dünyanın ən nəhəng siqaret istehsalçıları olan “British American Tobacco”, “Japan Tobacco International”, “Imperial Tobacco” şirkətlərinin məhsullarının da lisenziya əsasında Tabaterra QSC-də istehsalı nəzərdə tutulmuşdur. Ümumilikdə, fabrikdə 80 çeşid olmaqla 13 brendin istehsal olunmasl nəzərdə tutulur.
Hal hazırda -“Tabaterra” QSC-də istehsal olunan məhsullarda istifadə olunan xam malın əsas kütləsi idxalın payına düşür. Eyni zamanda həmin xammallın yerli bazardan alınması üçün işlər aparılır.
Xatırladaq ki, Sumqayıt Kimya Sənaye Parkında yerləşən “Tabaterra” QSC bu il noyabrin 16-da işə düşüb, açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© FED
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
21 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 16 saat sonra
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 6 saat əvvəl
-
20 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
22 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















