"Lənkəranın başçısı dəniz sahilində lüks otel tikdirir" xəbərinə münasibət
Lənkəranın icra başçısının dəniz kənarında otel tikdirməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.
Lənkəran Şəhər İcra Hakimiyyətindən bildirilib ki, bəzi xəbər saytlarında "Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı dəniz sahilində lüks otel tikdirir" başlıqlı yazı tamamilə yalan və böhtandır: "Hansısa qüvvələrin sifarişi ilə ictimai rəyi çaşdırmağa, cəmiyyət arasında həqiqəti əks etdirməyən informasiyaların yayımına xidmət edən belə uydurma, xəstə və sağlam düşüncədən uzaq olan faktları qətiyyətlə rədd edirik. Yazıda sözügedən obyektin İcra başçısı ilə heç bir əlaqəsi yoxdur. Həmin tikinti Rusiya Federasiyasında yaşayan lənkəranlı iş adamına məxsusdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə ölkənin hər yerində olduğu kimi Lənkəran rayonunda da sahibkarlığın inkişaf üçün yaradılan əlverişli şərait, sahibkarlara verilən dəstək öz bəhrəsini verərək investorları rayona sərmayə qoymağa həvəsləndirir. Artıq rayonda kənd təsərrüfatının ayrı-ayrı sahələrinə, qida sənayesinə və turizmin inkişafına investisiyaların cəlb olunması xeyli sürətlənib. Çox fərəhli haldır ki, bu gün ölkədən kənarda yaşayan lənkəranlı iş adamları tərəfindən rayona qoyulan səramayənin həcmi milyon manatlarla ölçülür. Bu təkcə bir İcra başçısının istəyi deyil, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin məntiqi nəticəsi, sahibkarlığın inkişafı üçün real əməli işlərin görülməsinin bəhrəsidir. Bu gün Lənkəranda genişmiqyaslı quruculuq-abadlıq işləri görülür, yeni sosial obyektlər tikilib istifadəyə verilir, yollar, körpülər salınır, aqrar sahənin inkişafına diqqət artır, çoxlu sayda yeni iş yerləri yaradılır. Bütün bunlarla yanaşı rayonda turizm infrastrukturu da getdikcə genişlənir, yeni obyektlər istifadəyə verilir, yeniləri tikilir. Əlbəttə, bu obyektləri konkret iş adamları qanuni şəkildə, tikinti qaydalarına uyğun tikib istifadəyə verir, həmin ərazidə təmizlik, səliqə-sahman işləri görür, insanlar üçün rahat şərait yaradırlar. Bütün bunları görə-görə diqqətə almamaq, əvəzində tamamilə yalan, əsassız, heç kimə lazım olmayan məlumatlar yaymaq acı təəssüf doğurur".
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 13 saat əvvəl
-
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?






















