“1000 manat gəlirə görə ən çox 50 manat vergi ödəniləcək”
“Bu gün bir çox xidməti müqavilə əmək münasibətlərinin pərdələnməsi statusundadır. Bunu da nəzərə alaraq qanunvericiliyə dəyişiklik edilir.Gələn ildən xidməti müqavilə ilə işləyənlər sadələşdirilmiş verginin ödəyicisi ola bilməyəcəklər ”.
“Marja”nın məlumatına görə, bunu Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı mətbuat konfransında Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru Natiq Şirinov bildirib.
“Tutaq ki, VÖEN-i olan fiziki şəxs müqavilə əsasında hüquqi şəxsə xidmət göstərir. Həmin fiziki şəxs 2019-cu ildən sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərə bilməyəcəkdir. 2019-cu ilin yanvar ayının 1-dən müqavilə ilə xidmət göstərən sadələşdirilmiş vergi ödəyiciləri gəlir və ya mənfəət vergisi rejiminə keçməli olacaqlar. Gəlir vergisi rejiminə keçdikdə, tutaq ki, VÖEN ilə işləyən fiziki şəxsin ayda 1000 manat gəliri varsa və xərci yoxdursa 200 manat vergi hesablayacaqdır (gəlirinin 20%-i, 1000x20%). Dövlət də hesblanmış verginin 75%-ni güzəşt edir. Yəni, xidməti müqavilə ilə işləyib 1000 manat qazanan ayda 50 manat gəlir vergisi ödəyəcəkdir”,- Natiq Şirinov deyib.
Qeyd edək ki, hazırda sadələşdirilmiş vergi ödəyicisi Bakı şəhərində 1000 manat gəlirə görə 40 manat, regionlarda isə 20 manat vergi ödəyir.
Əgər VÖEN-i olan ödəyici xərclərini gəlirindən çıxarsa daha aşağı vergi ödəyə bilər. Məsələn, 1000 manat aylıq gəliri əldə etmək üçün 300 manat xərc çəkilirsə, bu zaman qalan 700 manatın 20%-i (140 manat) gəlir vergisi olaraq hesablanacaqdır. Qanunla gəlir vergisinin 75%-i mikro sahibkara güzəştə gedildiyindən cəmi 35 manat vergi ödəniləcəkdir (140x75%=105 manat).
Sadə şəkildə qeyd etsək, heç bir xərci olmayan mikro sahibkarlar gəlirinin 5%-i qədər vergi ödəyəcəklər. Xərci olanlar isə, cəmi gəlirlərdən cəmi xərcləri çıxacaq və qalan xalis gəlirinin 5%-ni gəlir vergisi olaraq ödəyəcəklər.
Qeyd edək ki, illik 200 min manat dövriyyəsi olan sahibkarlar mikro-sahibkar qəbul edilir. 75% güzəşt, 200 min manatdan yüksək dövriyyəyə malik olanlara şamil edilmir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 14 d. əvvəl
- 38 d. əvvəl
-
47 d. əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
51 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
1 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
Ən çox oxunanlar
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı







.jpg)





.jpg)






