Expressbank “Damla depoziti”ni təqdim edir - YENİ İLDƏ YENİ XİDMƏT
(®) Expressbank yeni il ərəfəsində həyatın bütün sahələrini əhatə edən nəsihət dolu məsləhətlər verən atalar sözlərindən biri olan “Dama dama göl olar”dan yola çıxaraq müştərilər üçün yeni bank məhsulunu təqdim edir.
"Damla depoziti" adlanan yeni bank məhsulu vasitəsi ilə siz xərclədiyiniz pulla pul yığacaqsınız.
Belə ki, depozitin təqdim etdiyi iki əmanət növündən birini seçməklə kart ilə nağdsız alış–veriş etdikdən sonra ödədiyiniz məbləğ yuvarlaqlaşdırılır və yaranan fərq sizin əmanət hesabınıza köçürülür. Yəni Damla 1 (məbləğ 1 AZN-ə çatdırılır) əmanət növünü seçsəniz, məsələn, ödəyəcəyiniz məbləğ 3.50 AZN təşkil etdiyi halda yuvarlaqlaşdırılır və 4 AZN çıxılır, 0.5 AZN məbləğində yaranan fərq Sizin əmanət hesabınıza köçürülür.
Damla 5 (məbləğ 5 AZN-ə çatdırılır ) əmanət növündə isə bu məbləğ yuvarlaqlaşdırılaraq kartınızdan 5 AZN çıxılır, 3.5 AZN ödəyəcəyiniz məbləğ, 1.5 AZN məbləğində yaranan fərq isə əmanət hesabınıza köçürülür. Bundan başqa əmanətə əlavə olunan kartlarla qazandığınız “CashBack” məbləğləri də “Damla” depozitinizə köçürüləcək.
Nəticədə, 12 ayın sonunda seçdiyiniz əmanət növünə uyğun olaraq hesabınızda yığılan məbləğin üzərinə illik 12% (Damla 1) və 10% (Damla 5) əlavə olunur.
Damla depozitinə yalnız Expressbank-a aid manat valyutasında olan debet kartlar əlavə edilə bilər. Yeni təklifimizdən yararlanmaq üçün mövcud manat kartlarınızı Damla depozitinə qoşun, və yaxud yeni debet kart almaq üçün bizə müraciət edin.
Bank xidmətləri barədə ətraflı məlumat üçün “132” Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə (www.facebook.com/Expressbank; www.instagram.com/expressbank_official/ ) daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 15 d. əvvəl
-
-
21 d. əvvəl
“Beneva” şirkətinin bioloji aktiv qida məhsulu tələblərə cavab vermədiyindən məhv edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Yeni Bakı-Laçın reysi fəaliyyətə başlayır - Gedişhaqqı 16,10 AZN müəyyən edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qubada neft-qaz axtarılacaq - SOCAR ilə “Gran Tierra Energy Inc.” saziş imzaladı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Ən çox oxunanlar
12 bankın xalis mənfəəti azalıb
“AFB Bank”da iclas keçiriləcək
2 səhmdar paylarını Nicat Həsənova bağışlayıblar - Lombard şirkəti tam nəzarətinə keçib
"Azərsilah"ın Şirvandakı zavodunda qəza olub



























