"Kapital Bank" nizamnamə kapitalından ən yaxşı istifadə edən bankdır
Azərbaycanda fəaliyyət göstərən 30 bank bu ilin yanvar-sentyabr aylarını 171,8 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il oktyabrın 1-nə malik olduqları 4 437,7 milyon manat məbləğində nizamnamə kapitalının 3,9%-i qədərdir.
Ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, ilin ilk 9 ayından mənfəətlə çıxmış 24 bank arasında nizamnamə kapitalından ən yaxşı istifadə edəni "Kapital Bank" ASC olub. Bu bankın əldə etdiyi mənfəət kapitalının 34,5%-ni təşkil edib. Baxmayaraq ki, "Kapital Bank" kapitalının məbləğinə görə, Azərbaycanda 6-cı bankdır.
Fəaliyyət effektivliyinə görə, 2-ci yeri "Unibank" ASC tutub. Bank yanvar-sentyabrda nizamnamə kapitalının 27,1%-i qədər mənfəət əldə edib. Baxmayaraq ki, "Unibank" kapitalının məbləğinə görə, ölkədə 9-cu bankdır.
3-cü yerə isə 26,9%-lik göstərici ilə "Premium Bank" ASC sahib olub. Baxmayaraq ki, bu bank nizamnamə kapitalının məbləğinə görə, 30 bank arasında 11-ci yerdə qərarlaşıb.
Mənfəətlə işləyən qalan 21 bankdan 3-də sözügedən göstərici 10-26% arasında, 13 bankda 1-10% arasında, 5 bankda isə 0-1% arasında dəyişir.
№  | Bankın adı  | Bankın 9 aylıq mənfəətinin / zərərinin nizamnamə kapitalına nisbəti  | 
1  | Kapital Bank  | 34,5%  | 
2  | Unibank  | 27,1%  | 
3  | Premium Bank  | 26,9%  | 
4  | Azərbaycan Beynəlxalq Bankı  | 25,7%  | 
5  | PAŞA Bank  | 15,1%  | 
6  | AFB Bank  | 10,6%  | 
7  | Xalq Bank  | 8,0%  | 
8  | Azərbaycan Sənaye Bankı  | 7,8%  | 
9  | Naxçıvan Bank  | 6,5%  | 
10  | Bank of Baku  | 5,9%  | 
11  | Bank Avrasiya  | 5,4%  | 
12  | Yapı Kredi Bank Azərbaycan  | 4,9%  | 
13  | NBC Bank  | 4,6%  | 
14  | Bank BTB  | 3,3%  | 
15  | Zıraat Bank Azərbaycan  | 3,2%  | 
16  | Günay Bank  | 2,9%  | 
17  | İran Milli Bankı - Bakı  | 2,4%  | 
18  | Express Bank  | 2,3%  | 
19  | Bank Respublika  | 1,7%  | 
20  | Muğan Bank  | 0,8%  | 
21  | Rabitəbank  | 0,5%  | 
22  | Azər-Türk Bank  | 0,2%  | 
23  | Turan Bank  | 0,1%  | 
24  | Atabank  | 0,1%  | 
25  | Pakistan Milli Bankı - Bakı  | -0,7%  | 
26  | AGBank  | -5,9%  | 
27  | Access Bank  | -8,4%  | 
28  | Amrah Bank  | -25,8%  | 
29  | Nikoyl Bank  | -27,0%  | 
30  | Bank VTB Azərbaycan  | -79,4%  | 
© Renkinq
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
                        “Azərikard” banklararası əməkdaşlığı yeni səviyyəyə yüksəldir – Bratislava və Vyanada beynəlxalq görüşlər
SON XƏBƏRLƏR
- 1 ay sonra
 - 1 ay sonra
 - 5 gün sonra
 - 
                         
                     - 
                     5 d. əvvəl
                    
Qarabağa dövlət büdcəsindən ayrılan vəsait azaldılır - SƏBƏBİ AÇIQLANIB
 - 7 d. əvvəl
 - 17 d. əvvəl
 - 31 d. əvvəl
 - 
                     44 d. əvvəl
                    
Neft və qaz qiymətlərində azalma gözləyirik - Nazir Sahil Babayev
 - 1 saat əvvəl
 - 1 saat əvvəl
 - 
                     1 saat əvvəl
                    
2030-cu ilə kimi dövlət şirkətlərinin büdcəyə dividend ödənişləri üzrə proqnoz azaldılıb
 - 1 saat əvvəl
 
Son Xəbərlər
                                    Azərbaycanda Vakansiyalar - Azvak.az
                                    Biznesiniz üçün QISA NÖMRƏ alın
                                    Naxçıvana dotasiyaların azalmasının səbəbi açıqlanıb
                                “Azərikard” banklararası əməkdaşlığı yeni səviyyəyə yüksəldir – Bratislava və Vyanada beynəlxalq görüşlər
                                AzTV-də 26 milyon manatlıq nöqsan
                                Gələn il ƏDV daxilolmaları ilk dəfə 9 milyard manatı ötəcək
Ən çox oxunanlar
                                2030-cu ilə kimi dövlət şirkətlərinin büdcəyə dividend ödənişləri üzrə proqnoz azaldılıb
                                Dövlət BOKT-nın büdcəyə dividend ödəməsi nəzərdə tutulmur
                                Wolt Şuşa və Qubada da fəaliyyətə başladı
                                Azərbaycan neftinin son qiyməti
                                

                        
                    




















.jpg)
