Audit şirkəti açmaq çətinləşəcək
“Əvvəllər sahibkarlar auditə daha çox rəy almaq üçün müraciət edirdilərsə, bu gün bir çox iş adamı şəfaf işləməyə üstünlük verdiyi üçün audit xidmətini alır”.
Bunu “Marja”ya Auditorlar Palatasının sədri Vahid Novruzov bildirib.
“Aparılan islahatların bir istiqaməti də şəffaflıqdır. İş mühiti daha da yaxşılaşdıqca auditə maraq artır”,- o deyib.
Vahid Novruzov qeyd edib ki, 2016-cı ildə ən azı 3000-ə yaxış şirkət auditdən keçib.
SƏRBƏST AUDİTORLARIN SAYI AZALIR
Palatanın sədri əlavə edib ki, audit xidmətlərinə tələb artdığından auditor şirkətlərinin də sayı artır. 2015-ci ildə 15 yeni auditor şirkəti fəaliyyətə başlayıb:
“2016-cı ildə 15-ə yaxın auditor şirkəti açılıb. Şirkətləri açanlar marketinq araşdırması aparmadan bu işə girişmirlər. Hazırda 65 auditor şirkəti və 35 sərbəst auditor fəaliyyət göstərir. Dünya tendensiyasına uyğun olaraq şirkətlərin sayı artır, sərbəst auditorların sayı azalır. Bu belə də olmalıdır. Gələcəkdə sərbəst auditorlar olmayacaq. Auditor şirkətinin verdiyi rəy ilə, bir fiziki şəxsin verdiyi rəy fərqli qəbul edilir. Şirkətlər sərbəst auditorları qəbul etmirlər”.
TƏLƏBLƏR SƏRTLƏŞDİRİLƏCƏK
Vahid Novruzov bildirdi ki, hazırda Azərbaycanda kim istədi auditor şirkəti aça bilir. Bir çox ölkədə isə bu, belə deyil:
“Dünya təcrübəsinə görə, audit şirkəti ən azı 2 auditor tərəfindən təsis edilməlidir. Yaxın vaxtlarda Azərbaycanda da buna oxşar tələb olacaqdır. Əvvəllər də bizim qanuna görə, audit şirkəti açmaq üçün 3 auditor tələb olunurdu. Sonradan biz liberallaşma baxımdan bu tələbi götürdük. Amma indi görürük ki, buna yenidən qayıtmaq lazımdır. “Auditor xidməti haqqında” qanuna müvafiq dəyişiklik ediləcəkdir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)





.jpg)







