Londonda əmlak qiymətləri düşüb
Böyük Britaniyada əmlak qiymətləri keçən ilin aralıq dekabr ayında illik müqayisədə 0,5 artım qeyd edib.
"Marja" xəbər verir ki, "Nationwide"dan verilən açıqlamada əmlak qiymətlərinin keçən ilin dekabr ayında 2017-ci ilin dekabr ayı ilə müqayisədə 0,5% artım qeyd etdiyi bildirilib.
Açıqlamada keçən ilin dekabr ayında əmlak qiymətlərindəki artım nisbətinin 2013-cü ilin fevral ayından bu yana görülən ən aşağı artım səviyyəsi olduğu vurğulanıb.
Keçən ilin noyabr ayında ölkədə əmalk qiymətləri illik müqaysədə 1,9% artım qeyd etmişdi.
"Nationwide"ın məlumatlarına görə, Londonda keçən ilin dekabr ayında illik müqayisədə əmlak qiymətləri isə 0,8% düşüb. Paytaxtda ortalama bir əmlakın qiyməti 466 min 988 sterlinqə geriləyib.
Böyük Britaniya miqyasında isə dekabr ayında ortalama bir əmlakın qiyməti 214 min sterlinq səviyyəsindən 212 min 281 sterlinqə geriləyib.
Açıqlamada 2019-cu ildə Böyük Britaniyada əmlak qiymətlərinin pilləli olaraq artmasının gözlənildiyi, bunun "mülayim" iqtisadi inkişafla bağlı olduğu qeyd edilib.
"Nationonwide"ın baş iqtisadçısı Robert Gardner, "İqtisadi görünüş fövqəladə şəkildə qeyri-müəyyəndir. Yaxın müddətdə əmlak sektorundakı vəziyyət bu qeyri-müəyyənliyin nə qədər qısa müddətdə ortadan qalxacağına bağlı olacaq" ifadələrini istifadə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
4 saat əvvəl
İxracatçılara böyük dəstək: Dövlət daşıma xərclərinin 70%-ni ödəyəcək
-
5 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
6 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
6 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 7 saat əvvəl
-
8 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"
























