Yeni nəsil GPS sistemi ilə nəzarəti ələ alın
Şirkətdəki “tülkü” işçilərə macal verməyən cihaz!
Bir iş yerində yaxşı niyyətli işçilər olduğu kimi, pis niyyətli insanların da ola biləcəyini düşünməliyik. Bu pis niyyətli insanlar, bəzən özlərini elə bir ustalıqla gizlədirlər ki, tanımaq çox çətindir, hətta çox gec də qalmış ola bilərsiniz. Həmçinin "insanın olduğu yerdə xətanın da ola biləcəyi" qaydasını düşünsək, işə müəyyən bir sistem ilə nəzarət edilməsi səhvi azaldır, məhsuldarlığı artırır, həm də zaman və maliyyə qənaəti təmin edir.
Avtomobillərin məqsəddən kənar sürülməsinin məhdudlaşdırılması, avtomobil içərisindəki məhsulların gedəcəyi yerə daha sağlam çatdırılması, yanacağa qənaət və yol hərəkəti qaydalarının pozulması hallarının azaldılaması üçün istifadə olunan GPS cihazlarına olan təlabat son zamanlar, məxsusən böhranlı dövr ərzində daha da artmışdır.
Bununla əlaqədar olaraq, Türkiyənin avtomobil izləmə şirkəti olan “Mobiliz” firmasının Azərbaycandakı təmsilçisi “Axiom Solutions” şirkətinin rəhbəri Ceyhun Fərəcov bu məhsulun faydaları haqqında olan maraqlı fikirlərini “Marja”ya bildirdi.
ŞİRKƏTLƏR BU CİHAZLAR İLƏ QƏNAƏT EDİB GƏLİR GÖTÜRÜRLƏR
O qeyd etdi ki, proqramın istifadəçiləri GPS proqramı sayəsində avtomobillər və sürücülər üçün sərf olunan xərclərə və vaxta daha səmərəli nəzarət edərək işin məhsuldarlığını və effektivliyini artıra bilmişdir.
Şirkətlər GPS cihazı vasitəsi ilə əldə etdikləri qənaət sayəsində, bu cihazın əldə edilməsinə sərf etdikləri xərci qısa zamanda geri götürmüş və sonrakı dövrlər üçün isə həmin qənaət şirkətlərin mənfəətinə çervrilmişdir. Avtomobil izləmə sistemləri bir neçə avtomobili olan kiçik sahibkarlar, minlərcə avtomobili olan dövlət müəssələri və özəl sektorun korporativləri üçün mühüm əhəmiyyət daşıyır.
“Təəssüf ki, iş başında olan sürücülər onlara nəzarətin olmadığını bilib bəzən həddindən artıq fasilələr edir, şirkətlərin avtomobillərini şəxsi məqsədləri üçün istifadə edirlər. Belə işçilər az fayda verməklə bərabər, əlavə yanacaq işlədərək və avtomobili artıq istismar edərək sahibkara xeyli ziyan vururlar. Xüsusilə, yanacağın alınmasına şirkətlər hər gün böyük məbləğdə vəsait sərf edirlər. Bu vəsaitə qənaət şirkətin rəqabət gücünü artırır və mənfəət əldə etməsinə kömək edir Həmçinin bir sıra sürücülər şirkətlərin avtomobillərini yol hərəkəti qaydalarına əməl etmədən idarə edərək qəza ehtimalını artırırlar. Qəzalar avtomobilin dayanması, təmir xərcləri, cərimələr deməkdir. Sürücülərin işə məsuliyyətinə, avtomobilin qənaətlə və təhlükəsiz idarə edilməsinə ən yaxşı nəzarət yolu GPS cihazlarıdır”,- Ceyhun Fərəcov dedi.
Şirkətin rəhbəri qeyd etdi ki, bu gün GPS cihazlarını təkcə sürücüləri və avtomobilləri izləmək üçün istifadə edilmir:
“Ərzaq məhsullarını tələb olunan tempraturda, pozulmadan müştəriyə və marketə çatdırmaq əsas şərtdir. GPS cihazı ilə mərkəzi ofisdən soyuduculu avtomobillərdə temperatura nəzarət etmək mümkündür. Bundan başqa, avtomobillərə periyodik baxış tələb olunur: Avtomobil servisə aparılmalı, texniki baxışdan keçirilməli, yağı dəyişdirilməli, sığorta alınmalı, vergi və digər rüsumlar ödənilməlidir və s. Avtomobil izləmə cihazının xüsusi bir özəlliyilə yuxarıda qeyd etdiklərimə avtomoatik olaraq nəzarət edə bilərsiniz”.
“Axiom” şirkət 2012-cil ildən etibarən Türkiyənin tanınmış nəqliyyat izləmə firması olan “Mobiliz” ilə əməkdaşlıq yaradaraq, Azərbaycandakı şirkətlərə nəqliyyat izləmə və avto nəqliyyatın idarə olunması xidmətlərini təqdim edir. Şirkətin təcrübəli mütəxəssisləri tərəfindən Azərbaycanda bir çox şirkətlərə ehtiyyaclarına yönəlik həllərin alınması və hesabatların təhlili üçün təlim və seminarlar təşkil etmişdir.
22 ildir fəaliyyət göstərən Türkiyənin “Mobiliz” şirkəti 15 min müştəriyə və 200 mindən artıq avtomobilə xidmət göstərir. Şirkət avtomobil izləmə və avtomobil parkının idarə edilməsi sistemlərində qlobal bir oyunçu olmaq yolunda irəliləyir.
Əlaqə: Bakı şəhəri, Nərimanov rayonu
Ziya Bunyadov 90, "Minera Plaza" (4-cü mərtəbə)
AZ1000
(+994 12) 564 88 50
(+994 50) 688 41 48
(+994 55) 505 55 49
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 7 saat əvvəl
-
7 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
15 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)
.jpg)







.jpg)






