Azərbaycanda 4367 reklamın yayımı dayandırılıb
"2018-ci il ərzində Azərbaycanda 4367 reklamın yayımı dayandırılıb, 30-a yaxın inzibati xəta haqqında protokol tərtib edilib".
Bu barədə Azərbaycan Dövlət Reklam Agentliyindən (ADRA) bildirilib.
Qeyd edilib ki, Agentliyin müfəttişləri mütəmadi monitorinqlər aparır və qanunvericiliyin tələblərinə cavab verməyən reklamların yayımını dayandırır: "Yayımı dayandırılan reklamların əksəriyyəti qeydiyyatdan keçməyən reklamlar olub. Bununla yanaşı, yol kənarında yerləşmə standartlarını pozan, təhlükəsizlik tələblərinə cavab verməyən və istismara yararsız, habelə Azərbaycan dili ilə bağlı qanunun tələbləri pozulan və qadağan olunan reklamların yayımının da qarşısı alınır".
"Hazırda Bakının görkəmini gözəlləşdirəcək yeni reklam qurğularının quraşdırılmasına başlanılıb. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi beynəlxalq təcrübəni nəzərdən keçirərək dünyanın qabaqcıl ölkələrində istifadə olunan reklam konstruksiyalarını ölkəyə gətirib. Reklam sahəsinə aid beynəlxalq sərgilərdə iştirak edən ADRA əməkdaşlarının rəyi əsasında ölkəyə xaricdən idxal olunan innovativ texnologiyalı, görünüşcə daha cəlbedici daşıyıcılar artıq paytaxtın mərkəzi küçə və prospektlərində, o cümlədən Neftçilər, Heydər Əliyev prospektləri, Yusif Səfərov, Zərifə Əliyeva və şəhərin digər küçələrində quraşdırılıb. İstifadəyə yararsız reklam qurğuları isə yeniləri ilə əvəzlənib. Quraşdırılan 30 ədəd yeni nəsil reklam daşıyıcısı Bakının görkəmini gözəlləşdirməklə yanaşı, reklam ekosisteminin inkişafına da təkan verəcək. Bu reklam qurğuları sifariş olunarkən paytaxtın, eləcə də bölgələrin iqlimi nəzərə alınıb. Belə ki, yeni reklam konstruksiyaları küləkli havaya dözümlü olmaqla yanaşı, onların led ekranları və şüşələri də istənilən iqlim şəraitinə davamlıdır. Aparılan araşdırmaların nəticəsi olaraq, hazırda Bakıda ilkin mərhələdə 1000-ə yaxın reklam daşıyıcısının yenilənməsinə ehtiyac var. 2019-cu il ərzində daha 240 ədəd yeni reklam qurğusunun quraşdırılması gözlənilir. Daha sonra bu proses mərhələli şəkildə davam etdiriləcək, paytaxtla yanaşı, ölkənin bütün regionlarında da müasir standartlara cavab verən reklam qurğularının quraşdırılması təşviq olunacaq. Ekspertlər hesab edirlər ki, ölkəyə artan turist axınını nəzərə alsaq, Bakının, eləcə də regionların estetik baxımdan daha da gözəlləşməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın əksər ərazilərində yerləşdiriləcək yeni konstruksiyalar açıq məkanda reklam yerləşdirmək istəyən sahibkarlar üçün daha cəlbedici olacaq və bu sahədə çalışan operatorlar arasında effektiv rəqabəti artıracaq" - qurumdan bildirilib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Reklam
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
6 d. əvvəl
Azərbaycanda halal turizmə aid yeni dövlət standartı qəbul olunacaq
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Beneva” şirkətinin bioloji aktiv qida məhsulu tələblərə cavab vermədiyindən məhv edilib
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Yeni Bakı-Laçın reysi fəaliyyətə başlayır - Gedişhaqqı 16,10 AZN müəyyən edilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Qubada neft-qaz axtarılacaq - SOCAR ilə “Gran Tierra Energy Inc.” saziş imzaladı
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Ən çox oxunanlar
12 bankın xalis mənfəəti azalıb
“AFB Bank”da iclas keçiriləcək
2 səhmdar paylarını Nicat Həsənova bağışlayıblar - Lombard şirkəti tam nəzarətinə keçib
"Azərsilah"ın Şirvandakı zavodunda qəza olub


























