“Türk Hava Yolları” ötən il 75 milyondan çox sərnişin daşıyıb
“Türk Hava Yolları” aviaşirkəti ötən ilin dekabr ayında sərnişin və yük dövriyyəsi üzrə göstəricilərini açıqlayıb. Hesabat ayında aviaşirkətin yüklənmə səviyyəsi 80,2% təşkil edib. İniş ilin təsirini nəzərə alaraq, sərnişinlərin sayı, kreslo-kilometrlərin sayı və yüklənmə səviyyəsində artım Türkiyəyə və “Türk Hava Yolları”na marağın artmasının mühüm göstəricisidir.
Dekabr ayında sərnişin axınının artımı davam edib. Belə ki, dekabrda daşınan sərnişinlərin ümumi sayı 1% artaraq 5,5 milyona çatıb. Yüklənmə səviyyəsi isə 80,2%-dək artıb.
2018-ci ilin dekabr ayında reyslərin ümumi yüklənmə səviyyəsi 0,5 faiz bəndi artıb. Beynəlxalq reyslər üzrə yüklənmə səviyyəsi 0,5 faiz bəndi artaraq 80%-ə, daxili reyslər üzrə yüklənmə səviyyəsi isə 84%-ə çatıb. Hesabat ayında beynəlxalq tranzit sərnişinlərinin sayı təxminən 3%, tranzit sərnişinlər istisna olmaqla, beynəlxalq sərnişinlərin ümumi sayı 8% artıb.
Dekabr ayında daşınan yüklərin/poçtun həcmi üzrə ikirəqəmli artım davam edib və bu göstərici 2017-ci ilin eyni ayı ilə müqayisədə 20% artıb. Artım əsasən Afrika (33%), Şimali Amerika (33%), Uzaq Şərq (17%) və Avropa ölkələri (17%) hesabına baş verib. Dekabr ayında Afrika yüklənmə səviyyəsi müvafiq olaraq 2,5 faiz bəndi, Şimali Amerika, Orta və Uzaq Şərq ölkələri üzrə isə 1 faiz bəndi artıb.
Ötən ilin yanvar-dekabr aylarında tələbat və sərnişinlərin ümumi sayı əvvəlki ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 10% artıb. Hesabat ilində aviaşirkət tərəfindən 75,2 milyon sərnişin daşınıb ki, bu da 2017-ci illə müqayisədə 9,6% çoxdur.
Yanvar-dekabr aylarında reyslərin ümumi yüklənmə səviyyəsi 3 faiz bəndi artaraq 82%-ə çatıb. Beynəlxalq aviareyslər üzrə yüklənmə səviyyəsi 3 faiz bəndi artaraq 81%-ə, daxili reyslər üzrə yüklənmə səviyyəsi isə təqribən 1 faiz bəndi artaraq 85%-ə çatıb. Hesabat dövründə beynəlxalq aviareyslər üzrə sənişindaşıma (tranzit sərnişinlər istisna olmaqla) 12% artıb.
Ötən il ərzində daşınan yüklərin/poçtun həcmi 25% artaraq 1,4 milyon tondan çox olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)





.jpg)









