“SAP”ın Azərbaycandakı “Qızıl” tərəfdaşı - "BMS Global"
Xəbər verdiymiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda “SAP SE” şirkətinin baş icraçı direktoru Bill Makdermot ilə görüşüb.
Söhbət zamanı Bill Makdermot Azərbaycan ilə əməkdaşlıqdan məmnunluğunu vurğulayıb.
Şirkətin artıq Bakıda ofis açdığını deyən Bill Makdermot Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin reallaşdırılmasında və rəqəmsal iqtisadiyyatın formalaşmasında “SAP SE” şirkətinin dəstək verməyə hazır olduğunu ifadə edib. Qeyd edib ki, şirkət həm dövlət sektorunda, həm də özəl sektorda rəqəmsal iqtisadiyyatın, ümumiyyətlə, rəqəmsallaşmanın inkişafına töhfə verə bilər.
Bill Makdermot vurğulayıb ki, Azərbaycan iqtisadiyyatındakı mövcud sabitlik və ölkənin maliyyə dayanıqlılığının güclənməsi rəqəmsal iqtisadiyyatın inkişafı üçün geniş zəmin yaradır. Eyni zamanda, rəqəmsal iqtisadiyyat böyük sürətlə iş yerlərinin artmasına imkan verir. Şirkətin baş icraçı direktoru xüsusi vurğulayıb ki, rəqəmsal iqtisadiyyatın inkişafı gender bərabərliyinin təmin olunmasına da töhfə verə bilər.
Prezident İlham Əliyev “SAP SE” şirkəti ilə əməkdaşlıqdan məmnunluğunu bildirib. Dövlət başçısı qeyd edib ki, şirkətin Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlığı ölkəmizdə iqtisadiyyatın inkişafına, şəffaflığın artmasına, yeni iş yerlərinin yaradılmasına töhfə verib. Prezident İlham Əliyev bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin önəmini vurğulayıb.
“SAP”IN AZƏRBAYCANDAKI “QIZIL” TƏRƏFDAŞI
2015-ci ildən fəaliyyət göstərən Azərbaycanın "BMS Global" şirkəti “SAP SE” şirkətinin tərəfdaşıdır. “BMS Global” Azərbaycanda SAP həlləri və xidmətlərini təklif edir. "BMS Global" ötən illər ərzində “SAP”ın etimadını doğruldub, nəticədə tərəfdaşlığın statusu “Gümüş” səviyyəsindən “Qızıl” səviyyəsinə qaldırılıb.
"BMS Global" şirkəti texnologiya üzrə konsultasiya xidmətlərinin təminatçısı kimi ixtisaslaşıb, beynəlxalq şirkətlərin məhsullarının tətbiq edilməsində illərin təcrübəsindən irəli gələn ən effektiv və praktiki həlləri təklif edir. "BMS Global" qısa müddət ərzində müştərilərin cari biznes proseslərini təhlil edir, şirkətlərinin gəlirliliyinin artırılması üçün yardım edən, biznesdəki üstün tərəflərini inkişaf etdirən, yenilik və inkişaf üçün yeni fürsətlər yaradan və rəqabətdə öndə qalmağa kömək edən konsaltinq xidmətləri təklif edir.
"BMS Global" şirkəti bir sıra dövlət müəssisələrində, bank, sənaye və istehsalat, satış və dağıtım sektorunda, səhiyyə, təhsil, nəqliyyat,telekomnikasya, bir sözlə özəl sektorun öndə gedən şirkətlərində uğurlu layihələr həyata keçirmişdir.
“SAP ERP” sistemi, Azərbaycan ERP bazarında 15 ildən artıqdır ki, mövcuddur. Sistem iri, orta və kiçik ölçülü şirkətlərdə qurulmuşdur. SAP ERP sistemi Azərbaycan tələblərinə və uçot standartlarına uyğunlaşdırılmışdır. Azərbaycanda mövcud 10 iri şirkətdən 7-də SAP ERP həlləri uğurla istismar olunur.
Geniş tətbiq edilən ERP sistemi “SAP BusinessOne”dır. “SAP BusinessOne” - müştərilərin idarə edilməsi, təklif / satış, satınalma, satıcı, istehsalat, bank əməliyyatları, mühasibatlıq və maliyə, anbar, MRP, CRM, satış fürsətləri, insan qaynaqları və xidmət kimi fəaliyyət növləri və modulları özündə cəmləşdirən ERP sistemdir. Siz "SAP BusinessOne"ı müəssəsnizin iş prosesinə uyğunlaşdıra bilərsiniz. Həm də bunu böyük bir İT şöbəsinə və “proqramistə” ehtiyac qalmadan edə bilərsiniz. Bu həll, rəhbərlərin sürətli qərar qəbul edə bilməsi üçün son dərəcə vacib olan biznes tələbləri bir yerdə tətbiq etməyə (mühasibatlıq əməliyyatları, alış-satış əməliyyatları, istehsalat və s. ilə bağlı) və şöbələrin işini bir-biri ilə bağlı çalışmağa imkan yaradan bir sistemdir. "SAP BusinessOne" çevikliyi artırmaqla xərclərin və risklərin azaldılmasını təmin edir.
Şirkətə məxsus “BMS Academy” işçilər, biznes tərəfdaşları, təchizatçılar və digərləri üçün müxtəlif treninqlər təklif edir.
Ətraflı: www.bmsgl.com
+99412 480 10 27
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
-
6 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
7 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
7 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
























