"Gilan"ın bankı böyük məbləğdə mənfəətə çıxdı
“AFB Bank” ASC 2018-ci ili 21 milyon 654 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank 2017-ci ili 12 milyon 186 min manat zərər ilə bağlaymışdı.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il“AFB Bank”ın cəmi gəlirləri 45 milyon 260 min manat, o cümlədən faiz gəlirləri 33 milyon 939 min manat, qeyri-faiz gəlirləri 11 milyon 323 min manat təşkil edib. 2017-ci illlə müqayisədə 2018-ci ildə Bankın cəmi gəlirləri 25%, faiz gəlirləri 37,5% artıb, qeyri-faiz gəlirləri isə cüzi azalıb.
2017-ci ildə "AFB Bank"ın cəmi gəlirləri 36 milyon 196 min manat, o cümlədən faiz gəlirləri 24 milyon 674 min manat, qeyri-faiz gəlirləri 11 milyon 522 min manat təşkil etmişdi.
Ötən il faiz və qeyri-faiz xərcləri xaric Bank 19 milyon 358 min mant əməliyyat mənfəəti əldə edib. Eyni zamanda depozit və kredit itkiləri üçün yaradılmış ehtiyatın 4 milyon 597 min manatı azad olub və mənfəətə əlavə edilib. 23 milyon 955 min manat mənfəətdən 2 milyon 301 min manat mənfəət vergisi ödənilib. Nəticədə, Bank ötən ili 21 milyon 654 min manat xalis mənfəət ilə bağlayıb.
2017-ci ildə faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra “AFB Bank”ın 17 milyon 820 min manat əməliyyat mənfəəti qalmışdı. Lakin “AFB Bank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 30 milyon 6 min manat ayırdığından həmi ili 12 milyon 186 min manat zərər ilə başa vurmuşdu.
BANK KİÇİLİB
31 Dekabr 2018-ci il tarixinə “AFB Bank”ın cəmi aktivləri 417 milyon 530 min manat təşkil edib ki, bu da illik müqayisədə 15,5% azdır. Aktivlərin 151 milyon 913 min manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. 2018-ci ildə Bankın müştərilərə verdiyi xalis kreditlər 11,3% azalıb.
Bank həmçinin qiymətli kağızlara sərmayələrdən qazanır. Ötən ilin sonunda qiymətli kağızlara investisiya 83 milyon 478,5 min manat təşkil edib.
2017-ci ilin sonunda "AFB Bank" 494 milyon 620 min manat cəmi aktivlərə, o cümlədən 163 milyon 193 min manat xalis kredit portfelinə malik idi.
"AFB Bank" 2017-ci ilin sonunda 287 milyon 813 min manat cəmi depozit portfelinə malik ikən, 2018-ci ilin sonunda depozitlər 201 milyon 911 min manata geriləyib. Bankın cəmi öhdəlikləri isə 428 milyon 73 min manatdan 329 milyon 942 min manata düşüb.
31 Dekabr 2018-ci il tarixində "AFB Bank" 84 milyon 937,4 min manat məcmu kapitala malik olub.
“AFB Bank”ın səhmlərinin 99,64%-i "Gilan" MMC-yə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
19 d. əvvəl
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
-
-
32 d. əvvəl
Azərbaycanın ixracı qızıl ehtiyatının satışı ilə kəskin artıb - müsbət saldoda 10 qat artım
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Rabitəbank” beynəlxalq ödəniş sisteminin “Principal member” statusunu əldə edib
-
1 saat əvvəl
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
-
1 saat əvvəl
“Azeronline” “mygov ID” platformasına inteqrasiya olunan ilk provayder oldu
-
2 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 2 saat əvvəl
-
2 saat əvvəl
Türkmənistan Xəzərin dibi ilə enerji kabeli layihəsində iştirak imkanını araşdırır
-
2 saat əvvəl
Azərbaycan üzrə şirkətlərin sayı 7%-ə yaxın, Naxçıvan üzrə isə 15%-ə yaxın artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Ən çox oxunanlar
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mingəçevir Sənaye Parkında istehsal və ixracın həcmi artıb
“İrşad BOKT”ın kredit portfeli 22 dəfəyə yaxın artıb






.jpg)
.jpg)






.jpg)












