Siz hansı oyunu oynayırsınız?
Hər birimiz həyatımızda müxtəlif ssenarilərdə rollar oynayırıq. Bəs bilirsinizmi ki, bu rolların oynamağımızın əsas mənbəyi haradan gəlir?
Məhşur psixoloq Erik Bern “İnsanların oynadığı oyunlar” adlı kitabında insanların müəyyən vəziyyətlərdə oynadıqları oyunlardan bəhs edir. İnsanın müəyyən eqo vəziyyətlərinə daxil olduğunu, bu eqo vəziyyətlərinin də Valideyn, Yetkin və Uşaq kimi üç fərqli formada özünü göstərdiyini qeyd edən müəllif gündəlik həyatımızda oynadığımız və ya bizə qarşı oynanılan oyunları anlamağa kömək edir.
www.readit.az bu möhtəşəm kitabın məzmunundan kiçik bir parçanı oxuculara çatdırır.
Oyun Analizi
Müəllifin fikrincə, körpələr üçün fiziki təmas həyati əhəmiyyətli bir tələbat olduğu kimi, böyüklər üçün də “sığallanmaq” əhəmiyyətli bir tələbatdır. Bernin fikrincə, bu “hər hansı bir insanın digər insanın varlığını qəbul etdiyini göstərən bir mesajdır”. Oyunlar da bu “sığallanma” tələbatını ödəmək üçün yaradılıb.
Psixoloq və psixiatr Erik Bern düşünür ki, hər bir insanın həyatı 6 yaşına qədər proqramlaşdırılır, sonra isə biz bu proqramlarla hərəkət edirik. Uşağın rəftarını analiz edərək onun gələcəkdə qalib və ya məğlub olmasını müəyyən edə bilərik. Erik Bern bu kitabında müxtəlif ssenarilərin necə işlədiyini, niyə bəzilərinin qalib ssenarisini aldığını, digərlərinin isə məğlub ssenarilər ilə hərəkət etyini oxuculara çatdırır. Müəllif bu kitabda taleyi aldadaraq məğlub ssenarisini qalib ssenarisinə dəyişməyin yollarını oxuculara çatdırır.
Bəzi psixoterapiya qruplarında məhsuldar şəkildə həyata keçirilən sosial fəaliyyətin müşahidəsi göstərir ki, vaxtaşırı olaraq insanların duruşları, baxışları, səsləri, söz ehtiyatı və davranışlarının digər istiqamətlərində nəzərə çarpan dəyişikliklər baş verir. Bu davranış dəyişiklikləri bir çox hallarda hisslərdəki dəyişiklikləri də müşayət edir. Həmin dəyişikliklər və fərqlər “mənlik vəziyyətləri” fikrini yaradır.
Texniki terminologiya baxımından yanaşdıqda, mənlik (eqo) vəziyyəti duyğu sistemi və hərəkət modeli kimi ifadə edilə bilər. Daha dəqiq desək, o uyğun davranış qəliblərini dəstəkləyən duyğu sistemidir. Mənlik vəziyyətləri fərdin rolları baxımından yox, psixoloji reallıqlar baxımından məhdud repertuara sahibdir.
İnsanlar arasındakı sosial münasibətə oyun dilində əməliyyat deyilir. Əgər iki və ya daha çox insan hansısa bir mühitdə bir-biri ilə rastlaşarsa, gec ya tez onlardan biri danışacaq, yaxud digər insanın varlığını qəbul etdiyini göstərəcək. Buna əməliyyat stimulyatoru deyilir. Bu vaxt digər şəxs də həmin davranışa reaksiya və ya cavab verəcək: bu isə əməliyyat/cavab adlanır. Sadə əməliyyat analizi hansı eqo vəziyyətinin stimulyator, hansının isə cavab reaksiya rolunda olduğunu müəyyənləşdirməklə bağlıdır.
Bern hər hansı bir sosial münasibətin (neqativ olsa belə) onun ümumiyyətlə olmamasından daha yaxşı olduğunu düşünür. Bu səmimilik ehtiyacı insanların niyə “oyunlara” daxil olduqlarını da izah edir. İnsanlar bəzi gizli motivasiyaları təmin etmək üçün oyun oynayır və demək olar ki, bütün oyunlar müəyyən “ödəniş” (əvəz, qarşılıq) tələb edir. Bu da insanların daxil olduqları oyunlardan xilas olmaq istəklərinin səbəbini izah edir.
Bir çox hallarda insanlar oyun oynadıqlarını anlamırlar; bu onlar üçün sadəcə sosial əlaqənin adi bir hissəsidir.
Ardını Readit kitabxanasından əldə edərək onlayn oxuya bilərsiniz => http://readit.az/az/library/book/105
Yeri gəlmişkən, əgər siz effektiv idarəetmə, satış və marketinq, strateqiya ssenarilərinə yiyələnmək istəyirsinizsə, özündə 15 ən məşhur kitabı birləşdirən “Daha Ağıllı ol!” kitabını sifariş edin. Bakı və rayonlara çatdırma mövcuddur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 saat sonra
-
10 d. əvvəl
“Bakı Ağ Şəhər”də Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 14 d. əvvəl
-
-
29 d. əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 51 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 2 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Holding” şəhid övladlarına bayram sovqatları çatdırıb - FOTOLAR
-
2 saat əvvəl
Birbank-la ictimai nəqliyyatda rəqəmsal ödənişlərin tətbiqi uğurla baş tutdu
-
2 saat əvvəl
Birmarket böyük lotereyanın ikinci avtomobil qalibini müəyyənləşdirdi
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“Bakı Ağ Şəhər”də Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb
Rəsmi məzənnələr açıqlandı

























