"Azercell"dən GencOl5 abunəçiləri üçün xüsusi kampaniya
® “Azercell Telekom” MMC abunəçiləri üçün sərfəli kampaniyalar təqdim etməyə davam edir.
Şirkət bu dəfə GəncOL5 tarif paketinin istifadəçilərini sevindirir.
Belə ki, 1 Fevral-15 Fevral 2019-cu il tarixləri ərzində yalnız GəncOL5 abunəçiləri üçün Azercell "GəncOL8 Endirim” adlı xüsusi kampaniya keçirir. Göstərilən müddət ərzində GəncOL5 istifadəçiləri cəmi 6 AZN ödəməklə GəncOL8 tarif paketinə qoşula biləcəklər. Kampaniyadan yararlanmaq üçün GəncOL5 tarifinin abunəçiləri G8 yazıb 7575 qısa nömrəsinə SMS göndərə və ya mobil telefonlarının ekranında *750*4*2#YES USSD kodunu yığa bilərlər. Kampaniya çərçivəsində GəncOL8 paketinə qoşulan abunəçilər endirimli qiymətdən 90 gün ərzində ümumilikdə 3 dəfə istifadə edə biləcəklər. Beləliklə, ayda cəmi 6 AZN ödəyib GəncOL8 tarif paketinə qoşulmaqla istifadəçilər 4GB internet, GəncOL abunəçiləri arasında danışıqlar üçün 400 pulsuz dəqiqə və şəbəkədaxili 400 pulsuz sms əldə edəcək.
Qeyd edək ki, GəncOL istifadəçiləri sərfəli tarifdən yararlanmaqla yanaşı, müxtəlif endirimlər və kampaniyalardan da faydalana bilər.
Hal-hazırda, GəncOL paketi ilə abunəçilər 150-dən artıq məkanda çox sərfəli endirimlərdən yararlanırlar. Hər gün yenilənən endirim siyahısı ilə abunəçilər www.gencol.az portalına daxil olmaqla tanış ola bilərlər.
Əlavə məlumat üçün https://www.azercell.com/ru/personal/campaigns/monthly/endirimgencol8/
səhifəsinə daxil olun
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
5 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
5 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
5 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb

























