Yeni Azərbaycan brendi - İLK DÜKANLARI AÇILDI
“LibasCollection” dükanlar şəbəkəsinin 2 şöbəsi mart ayının 1-dən etibarən müştərilərə öz qapılarını açır.
"Marja" xəbər verir ki, bu şöbələr, yeni Azərbaycan brendinin ölkəmizdə istifadəyə verilən ilk dükanlarıdır.
“Made in Azerbaijan” məhsulu, Azərbaycanın milli brendi olan “LibasCollection” kişi geyimləri dükanlar şəbəkəsi bu ildən fəaliyyətə başlayır. “LibasCollection” dükanlar şəbəkəsində təklif olunan məhsullar yerli mütəxəssislər tərəfindən, ölkəmizin gözəl güşələrindən biri olan Ağstafa rayonunda yerləşən “Accord Textile” tikiş fabrikində tikilir. Bu fabrik “Accord İndustrial Company” şirkətinin tərkibinə daxildir. “Accord Textile” uzun müddət ölkəmizdə fəaliyyət göstərir və elə bunun nəticəsidir ki, bu illər ərzində yüksək keyfiyyətli məhsulları ilə alıcıların rəğbətini qazana bilib.
Bu aydan etibarən, fabrik “LibasColletion” dükanlar şəbəkəsi üçün kişi köynəkləri və qalstuklar istehsal edərək, alıcılara təqdim edəcək.
“LibasCollection” dükanlar şəbəkəsinə ümumilikdə 19 dükan daxil olacaq. Onlardan ikisi artıq cari ilin mart ayının 1-dən alıcıların istifadəsinə veriləcək.
Bu dükanlar Bakı və Sumqayıt şəhərlərində yerləşir. Növbəti 6 dükanın açılışı tezliklə ölkəmizin müxtəlif səfalı bölgələrində - Gəncə, Mingçevir, Lənkəran, Ağstafada olacaq. Bü dukanlardan həm yerli sakinlər, həm də respublikamıza gələn turistlər yararlana biləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
10 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)







.jpg)








