Həftəlik qəzetlərin mətbəə xərcləri KİVDF tərəfindən ödəniləcək
Martın 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının növbəti iclası keçirilib.
Fonddan verilən məlumata görə, Müşahidə Şurasının sədri Həsən Həsənov iclası açıq elan edərək bildirib ki, gündəliyə əsasən iclasda bir məsələnin - Fondun 2019-cu ilin II rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqənin şərtlərinə yeni əlavələrin edilməsi məsələsinin müzakirəsi nəzərdə tutulur.
Müzakirəyə çıxarılan məsələ barədə geniş məlumat verən icraçı direktor Vüqar Səfərli bildirib ki, çap mediasının müasir dövrün tələblərinə uyğun olaraq müasirləşdirilməsi, cəmiyyətdəki nüfuz və mövqelərinin möhkəmləndirilməsi məqsədilə Fondun 31 yanvar 2019-cu il tarixli iclasında qəzetlərin tirajı və yayımı ilə bağlı şərtlərdə dəyişikliklər edilib. V.Səfərli qeyd edib ki, fevral ayından etibarən qüvvədə olan həmin dəyişikliklərə əsasən, 2019-cu ilin II rübü üzrə Fondun KİV-ə maliyyə yardımı müsabiqəsində son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər iştirak edə bilərlər. V.Səfərli xarici dillərdə nəşr olunan gündəlik və həftəlik ictimai-siyasi qəzetlər üçün tirajın minimum 3000, satış və abunənin isə minimum 1500 nüsxə müəyyənləşdirildiyini xatırladıb.
İcraçı direktor bildirib ki, fevral ayının yekunları ilə bağlı Fonda təqdim olunan hesabatlar 2019-cu ilin I rübündə layihələri maliyyələşdirilən xeyli sayda qəzetin tiraj və yayımla bağlı yeni şərtləri yerinə yetirmək imkanında olmadığını göstərib. Vüqar Səfərli bununla əlaqədar 2019-cu ilin II rübü üzrə KİV-ə maliyyə yardımı müsabiqəsinin elanının şərtlərinə yeni əlavənin edilməsi təklifinin müzakirəsinə obyektiv zərurətin yarandığını qeyd edib. İcraçı direktor bildirib ki, həmin əlavəyə əsasən, son üç ildə müntəzəm nəşr olunan, müsabiqə elan olunan günədək Fondun maliyyələşmə şərtlərini yerinə yetirən, səhifələrinin sayı 24-dən (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan həftəlik, o cümlədən mövcud şərtlərlə fəaliyyətini davam etdirə bilmədiyinə görə həftəlik nəşr olunacaq gündəlik ictimai-siyasi qəzetlərə də müəyyən tələblər çərçivəsində maliyyə yardımının ayrılması təklif olunur. İcraçı direktor, həmçinin vurğulayıb ki, 2019-cu il aprelin 1-dən bu formatda çıxan qəzetlərin yalnız mətbəə xərcləri (kağız və çap xərcləri) Fond tərəfindən ödəniləcək. Aprel-may ayının yekun hesabatına əsasən qeyd olunan şərtlərə əməl etməyən qəzetlərin mətbəə xərclərinin ödənişi dayandırılacaq.
Sonra Müşahidə Şurasının üzvləri müsabiqə elanına təklif olunan əlavə ilə bağlı fikirlərini bildiriblər. Müşahidə Şurasının sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən - Bəhruz Quliyev, İntiqam Hümbətov, Əvəz Rüstəmov və Rasim Həsənov təklif olunan əlavəni Fondun yayım və tirajla bağlı müəyyənləşdirdiyi yeni tələbləri yerinə yetirmək imkanında olmayan gündəlik və həftəlik qəzetlərə növbəti şans və humanist yanaşma kimi dəyərləndirərək, bu addımın həmin nəşrlərdə çalışan KİV əməkdaşlarının da mənafeyinə uyğun olduğunu, obyektiv reallığı əks etdirdiyini bildiriblər.
Sonda təklif səsə qoyularaq yekdilliklə qəbul edilib.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
7 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Dünyanın ən böyük suveren fondu son 2 ilin ən yüksək gəlirliliyini göstərib
-
9 saat əvvəl
"Novex Group" Gulfood beynəlxalq qida sərgisində iştirak edir.
- 12 saat əvvəl
-
12 saat əvvəl
22 bankdan 5-nin balans kapitalı 240 milyon manatdan çox olub - SİYAHI
- 12 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
"Novex Group" Gulfood beynəlxalq qida sərgisində iştirak edir.
Tramp: Pauell milli təhlükəsizliyimizə zərər verir
Ən çox oxunanlar
Tam yeni Toyota Hilux artıq Toyota Abşeronda
Bakı–Tbilisi–Qars üzrə müqavilələr imzalandı
Mərkəzi Bankın baş direktorlarından biri müşavir vəzifəsinə keçirilib, yerinə təyinat olub
Sərfəli şərtlərlə qızıl təminatlı kredit
Tbilisidə BTQ dəmir yolunun təhvil-təslimi üzrə yekun aktın imzalanması müzakirə olunub
Qəbələdə nəhəng pivə və sərinləşdirici içki zavodu tikiləcək - Nazir şirkətin sahibilə görüşdü
"FNC BOKT" da 15 faizlə borc alır


















