Azərbaycanın hər bir vətəndaşına 895 dollar xarici borc düşür
2019-cu il yanvarın 1-nə Azərbaycanın birbaşa və zəmanətli xarici dövlət borcu 8 mlrd. 927,1 mln. dollar təşkil edir. Bu barədə hökumətdən məlumat verilib.
Xəbər verildiyi kimi, 2018-ci il yanvarın 1-nə Azərbaycanın birbaşa və zəmanətli xarici dövlət borcu 9 mlrd. 398,3 mln. dollar təşkil etmişdi. Beləliklə, ötən il xarici borc 5% azalıb.
“2019-cu il yanvarın 1-nə Azərbaycanın birbaşa və zəmanətli xarici dövlət borcu 8 mlrd. 927,1 mln. dollara və ya ÜDM-nin 19%-nə bərabərdir. Xarici borcun strukturunda 4 mlrd. 997,7 mln.dollar və ya 56% hökumətin cəlb etdiyi kreditlərin, 3 mlrd. 157,9 mln. dollar və ya 35,4% xarici valyutada dövlət qiymətli kağızlarının, 771,5 mln. dollar və ya 8,6% xarici dövlət borcu sayılan şərti öhdəliklərin payına düşüb”, - deyə məlumatda bildirilir.
2018-ci ildə Azərbaycan 875,2 mln. dollar məbləğində kredit istifadə edib.
Ötən il xarici borca xidmət göstərilməsi üçün dövlət büdcəsindən 1 mlrd. 218,8 mln. dollar yönəldilib, bunun 920,1 mln. dolları əsas borc, 298,7 mln. dolları isə faiz ödənişlərinin payına düşüb.
1 yanvar 2019-cu il tarixinə əhalinin hər nəfərinə düşən xarici borcun məbləği 895 dollar təşkil edir.
Prezident İlham Əliyev 2018-ci il avqustun 24-də “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”nı təsdiq edib.
Sənədə əsasən 2026-cı ilə kimi Azərbaycanın xarici borcu 2017-ci ilin sonuna ÜDM-nin 22,8%-dən ÜDM-nin 12%-dək azalacaq.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 20 d. əvvəl
-
- 21 d. əvvəl
-
24 d. əvvəl
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
- 30 d. əvvəl
-
34 d. əvvəl
İlham Əliyev “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb
- 38 d. əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
5 bankın qiymətli kağızlara investisiyaları 150 milyon manatdan çoxdur
-
3 saat əvvəl
Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 milyard dollar olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Əliyev və Bərzani görüşüb
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb
Sabah Xankəndi şəhərinə ilk köç olacaq
Yanvarın 21-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Dünyanın ən dəyərli markaları
Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 milyard dollar olub
“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul edilib
Azərbaycan neftinin qiyməti azalıb
Yaponiyada 40 illik istiqraz gəlirliliyi 4 faizə yüksəlib


























