"NBC Bank"ın sədri: "Fərman bank sektorunun inkişafına ciddi dəstəkdir"
Hazırda ölkəmizdə həyata keçirilən uğurlu sosial siyasətin nəticəsi olaraq Prezident İlham Əliyev tərəfindən inqilabi təşəbbüslər irəli sürülür. Bu baxımdan dövlət başçısının ölkə ictimaiyyəti və biznes dairələrində dərin rəğbətlə qarşılanan “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı xüsusi əhəmiyyət daşıyır. Hesab edirəm ki, dünyada çox nadir hallarda rast gəlinən bu addımı ilə Azərbaycan digər postsovet ölkələrinə nisbətən problemli kreditlərin həllində daha sistemli və əhatəli yanaşma ortaya qoya bildi.
Bunu AMEA İqtisadiyyat İnstitutunun qloballaşma və beynəlxalq iqtisadi münasibətlər şöbəsinin müdiri, "NBC Bank"ın Müşahidə Şurasının sədri, iqtisad elmləri doktoru Fuad Qənbərov deyib.
İqtisadçı alim qeyd edib ki, yüksək humanistlik nümunəsi olan fərmanla təxminən 800 min əhalinin xarici valyutada kreditlərinin manat ifadəsində devalvasiyadan əvvəlki səviyyəyə qayıtması təmin ediləcək. Eyni zamanda, fərmana əsasən, problemli kreditlərin güzəştli şərtlərlə restrukturizasiya olunması nəzərdə tutulur. Yəni aşağı faiz, uzun müddət və güzəşt dövrü, faizlərin silinməsi və milli valyutada kreditlərin verilməsi mühüm sosial-iqtisadi əhəmiyyətə malikdir. Bununla əhali tərəfindən kreditlərin ödənməsinə yönəldilən vəsaitin həcmi azalacaq və nəticədə vətəndaşların sərəncamında qalan gəlirlər artacaq. Nəticədə, əhalinin digər tələbatlarını qarşılamaq imkanları əhəmiyyətli dərəcədə artacaq. Bununla da, vətəndaşların sosial rifah halı daha da yaxşılaşacaq.
F.Qənbərov bildirib ki, fərman təkcə əhalinin müxtəlif təbəqələrini deyil, eyni zamanda, bank sisteminin problemlərini də əhatə edir. Belə ki, sənəddə bank sektorunun maliyyə dayanıqlığının qorunması məsələləri də nəzərə alınıb. Fərmanla kredit borclarının restrukturizasiyası məqsədilə Mərkəzi Bank tərəfindən banklara 682 milyon manat məbləğinədək illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə kreditlər veriləcək. Bu kreditlərin dövlət zəmanəti ilə verilməsi dövlətin bank sektoruna böyük etimadıdır. Bu zaman banklar güzəştli şərtlərlə və ucuz maliyyə resursları əldə edirlər. Bu isə biznes və bütövlükdə iqtisadiyyatın ucuz maliyyə resurslarına çıxış imkanlarının yaranması deməkdir.
“İqtisadi baxımdan isə fərman bankların sağlamlaşdırılması və kredit portfelinin pis aktivlərdən təmizlənməsinə müsbət təsir göstərəcəkdir. Bildiyiniz kimi, problemli kreditlər bankların maliyyə vəziyyətinə də mənfi təsir edirdi. Belə ki, problemli kreditlərə görə ehtiyat ayırmaları bank kapitalının “yeyilməsi”ni zəruri edir. Bu səbəbdən də düşünürəm ki, fərmanda nəzərdə tutulmuş tədbirlərin realizasiyası bankların maliyyə sağlamlaşmasına müsbət təsir göstərəcək. İlk növbədə, bankların kredit portfeli sağlamlaşdırılacaq və bununla da, problemli kreditlərin bankların kapitalına yaratdığı təzyiq aradan qaldırılacaq. Kompleks şəkildə baxdıqda isə banklara həm kapital dəstəyi, həm də iqtisadiyyatın kreditləşdirilməsi üçün maddi dəstək bütöv iqtisadiyyatı əhatə etmiş olur və real iqtisadiyyatın inkişafına dəstək olacaq”, - deyə F.Qənbərov əlavə edib.
Bildirib ki, həmin fərman bank və müştəri münasibətlərində yeni format yaradacaq. Bu isə biznesin daha yaxşı inkişaf etdirilməsinə təkan verəcək.
© Azərtac
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
28 d. əvvəl
Avropa Komissiyası SOCAR-ın İtaliya şirkətinin səhmlərini almasını təsdiqləyib
-
- 32 d. əvvəl
- 46 d. əvvəl
-
54 d. əvvəl
"S&P Global Ratings" PAŞA Bank-ın proqnozunu “müsbət”ə yüksəltdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Satışları kəskin azalıb - Nəhəng şirkət daha 100 mağaza bağlayacaq
-
1 saat əvvəl
Tarixin ən böyük birja çöküşü qapıdadır: “Hazırlıqlı olan daha da varlanacaq”
-
1 saat əvvəl
Unibank sahibkarlar üçün mikro kredit kampaniyasını davam etdirir
-
1 saat əvvəl
Yanvarda xurma Azərbaycana 22 milyon dollar, alma 8 milyon dollar gəlir gətirib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Bank kuryer xidməti üzrə tenderi elan edir
"S&P Global Ratings" PAŞA Bank-ın proqnozunu “müsbət”ə yüksəltdi
Birbank-ın Yığım hesabı ilə pulunuz hər gün gəlir gətirsin
Satışları kəskin azalıb - Nəhəng şirkət daha 100 mağaza bağlayacaq
Ən çox oxunanlar
Unibank sahibkarlar üçün mikro kredit kampaniyasını davam etdirir
Rusiya şirkətinə məxsus palma yağı Azərbaycanda satışa buraxılmadı, məhv edilməsi barədə qərar qəbul edildi
“Beneva” şirkətinin bioloji aktiv qida məhsulu tələblərə cavab vermədiyindən məhv edilib




















