Bakıda keçiriləcək neft iclasında 14 ölkənin yüksək səviyyədə iştirakı təsdiqlənib
Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Müştərək Texniki Komissiyasının (JTC) 27-ci və Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasları keçiriləcək.
Energetika Nazirliyindən verilən məlumata görə, indiyə kimi 14 ölkənin yüksək səviyyədə iştirakı təsdiqlənib. Nazirlərin Birgə Monitorinq Komitəsinin iclasında OPEC-in Baş katibi Məhəmməd Barkindo ilə yanaşı, OPEC Konfransının prezidenti, Venesuelanın neft naziri və Dövlət Neft Şirkətinin prezidenti Manuel Kevedo Fernandes, JMMC-nin sədri, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih iştirak edəcək. Tədbirdə OPEC üzvlərindən Əlcəzairi energetika naziri Mustafa Qituni, BƏƏ-ni energetika və sənaye naziri Suheyl əl-Mazrui, Küveyti neft, elektrik və su naziri Xalid Əl-Fadhel, İraqı baş nazirin müavini, neft naziri Tamer əl-Qadban, Nigeriyanı neft ehtiyatları naziri Emmanuel Kaçikvu, Konqonu neft nazirinin müşaviri Jean Baptiste Pouti, Liviyanı isə Milli Neft Korporasiyasının idarə heyətinin sədri Mustafa Sanalla təmsil edəcək. Qeyri-OPEC ölkələrindən isə Rusiya Federasiyasının energetika naziri Aleksandr Novak, Qazaxıstanın energetika naziri Kanat Bozumbayev, Sudanın neft və minerallar naziri Azhari Abdalla, Bəhreynin neft nazirinin müşaviri Naser əl-Sovaidi və Bruneyin energetika və sənaye nazirinin müavini Matsateji Sokiavın iştirakı nəzərdə tutulub.
Bildirilib ki, ölkə Prezidentinin məqsədyönlü enerji siyasətinə uyğun olaraq neft bazarında balansın qorunması və qiymət sabitliyinə nail olmaq məqsədilə Azərbaycanın OPEC təşəbbüsünə ilk vaxtlardan qoşulması və tənzimlənmə prosesində fəal rolu OPEC Katibliyi tərəfindən də yüksək qiymətləndirilib, OPEC-Azərbaycan əlaqələrinin inkişafını təmin edib. OPEC tədbirlərindən birinin Bakıda keçirilməsi təklifi də bu əməkdaşlıq çərçivəsində məhz Azərbaycan Prezidenti tərəfindən ötən il martın 18-də OPEC Baş katibi Məhəmməd Barkibdonun Azərbaycana səfəri zamanı irəli sürülüb. Bu təklif OPEC+ ölkələri tərəfindən müsbət qarşılanaraq, neft bazarının vəziyyətinə dair toplantıların cari ilin martında eyni tarixdə neft vətənində - Bakıda keçirilməsinə razılıq verilib.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 9 d. əvvəl
-
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 18 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 21 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır



















