İtaliya şirkətindən Azərbaycana investisiya - TULLANTI ŞİNLƏRDƏN....

Martın 12-dən ADA Universitetində “Balaxanı Sənaye Parkında avtomobil şinlərinin təkrar emalı zavodu” layihəsi üzrə ictimaiyyətlə məsləhətləşmə keçirilib.
“Təmiz Şəhər” ASC-nin idarə heyətinin sədri Etibar Abbasov ADA Universiteti ilə ASC arasında birgə əməkdaşlığı yüksək qiymətləndirib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
E.Abbasov bildirib ki, Azərbaycanda işlənmiş təkərlərin emalı prosesində problemlər var idi. Məhz “BriOil” şirkəti Azərbaycana gələrək ölkəmiz üçün ilk növbədə, tullantı təkərlərinin emalı prosesini həyata keçirəcək və alternativ enerji alınacaq. Bu da Azərbaycana tam investisiya gətirəcək və istehsal edilən məhsulun hamısı ixrac olunacaq: “Düşünürəm ki, Bakıda tullantı şinlərinin problemi məsələsi həll olunacaq və həmin zavod 25 nəfəri işlə təmin edəcək. Balaxanı Sənaye Parkında “BriOil” şirkəti ilə birgə 17 fəaliyyət sahəsi üzrə 15 rezidentimiz fəaliyyət göstərir”.
İtaliyanın Azərbaycandakı səfiri Auqusto Masari isə bildirib ki, bu layihə Azərbaycan ilə İtaliya arasında iqtisadi əlaqələrin inkişafına böyük təkan verəcək: “Bu yeni layihə İtaliya tərəfindən Azərbaycana yatırılan investisiyadır. Layihə sırf təmiz ekoloji iqtisadiyyatla bağlıdır və belə bir layihə nəticəsində bərpaolunan enerji əldə olunacaq, bu da Azərbaycanın xaric etdiyi malların şaxələndirilməsinə şərait yaradacaq. Düşünürəm ki, bu layihə İtaliya ilə Azərbaycan arasında enerji sahəsində layihələrin inkişafına şərait yaradacaq”.
“BriOil” qrup şirkətinin energetika bölməsinin meneceri Gianluca Bonuççi qeyd edib ki, Balaxanı Sənaye Parkında yerləşən tullantı şinlərdən istifadə edərək həmin şinlərdən təkrar emalı vasitəsilə biz bioenerji, biodizel əldə edəcəyik. Bu enerjini ixrac edərək həm iqtisadi baxımdan, həm də ekoloji baxımdan birgə fəaliyyət göstərəcəyik.
Layihənin təqdimatında Gülarə Məmmədova “Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi üzrə fəaliyyətlər barədə” təqdimatla çıxış edib.
Sonda layihə üzrə müzakirələr aparılıb.
AŞAĞI FAİZLƏ TƏCİLİ PUL KREDİTİ
© Azərtac
Müştərilərin xəbərləri

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi

Baku International Arts Festival 2025 (BIAF 2025) — Bakının qəlbində musiqi, teatr, rəqs və incəsənət
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 21 saat sonra
-
32 d. əvvəl
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xalq Bank internet və mobil bankçılıq sistemində investisiya xidmətini istifadəyə verdi
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tether 20 milyard dollar sərmayə axtarır – Dəyəri 500 milyard dollara çata bilər
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

Mercedes modellərinin satışı zəifləyib - YENİ İŞÇİ İXTİSARI

Azərbaycan Prezidenti Finlandiya Prezidenti ilə görüşüb
Ən çox oxunanlar

Rəsmi məzənnələr açıqlandı

Nvidia-dan süni intellektə 100 milyard dollarlıq yatırım

Neft, Trampın Rusiya açıqlaması ilə bahalaşdı

Mastercard Insights: İdmanı turizmin katalizatoru kimi

Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı
