Bakı görüşü OPEC+ formatını uzatmağa zəmin yaradacaq - ŞƏRH
"OPEC+ Texniki Komissiyasının və Nazirlər Monitorinq Komitəsinin Bakıda keçiriləcək birgə iclası zamanı üzv ölkələrdə hasilat həcminin təhlili gələn ay OPEC toplantısında son qərar verilməsi üçün zəmin yaradacaq".
Bunu Rusiyanın Enerji İnkişaf Fondunun direktoru Sergey Pikin deyib.
Onun fikrincə, neft hasilatının azaldılmasına dair sövdələşmənin uzadılması üç amillə bağlıdır. Birincisi, aprelin sonu – may ayının əvvəlində ABŞ-ın İrana qarşı sanksiyalrından bir sıra neft idxalçısı ölkələrinə verilən möhlət başa çatır: “Bu möhlətin uzadılacağı, yoxsa bütövlüklə ləğv olunacağından asılı olaraq, İran neftinin sonrakı tədarükü barədə proqnoz vermək mümkün olacaq. İkinci amil Venesuelaya qarşı gələn ayın sonunda gözlənilən sanksiyaların tətbiqi, nəticədə bazardakı təklifin nə qədər azalacağı ilə bağlıdır”.
Üçüncü amili dünya neft bazarındakı təkliflə tələbatın nisbəti ilə əlaqələndirən rusiyalı ekspert İran və Venesuela neftini alan ölkələrə qarşı ABŞ tərəfindən anlayış göstəriləcəyi təqdirdə OPEC+ ölkələrinin hasilat həcminə dair məhdudiyyəti bir müddət saxlayacağını istisna etməyib.
Bununla yanaşı, hazırda bazarda hər hansı qıtlığın olmadığını qeyd edən S.Pikinin sözlərinə görə, İran ilə Venesueladan azalan tədarük səbəbindən yaranan boşluğu başqa istehsalçı ölkələrin doldurduğunu dilə gətirib.
S.Pikinin fikirlərinə şərik olan digər rusiyalı ekspert, “RusEnergy”şirkətinin ortağı Mixail Krutixin neft tədarükündə yaranan boşluqların Səudiyyə Ərəbistanı, ABŞ və Rusiya kimi ölkələr tərəfindən doldurulduğunu diqqətə çatdırıb.
Hazırda neft bazarındakı vəziyyətin sabit olduğu qənaətində olan hər iki ekspert son iki ay ərzində 60-65 dollar arasında müşahidə olunan qiymətin həm neft istehsalçısı, həm də istehlakçı ölkələrinə, o cümlədən müstəqil oyunçu olan ABŞ-a sərf etdiyini bildiriblər: "Bu da tərəflər arasındakı konsensusa nail olunduğunu göstərir".
Xatırladaq ki, 2019-cu il yanvarın 1-dən etibarən OPEC-in üzvü olan 11 ölkə ilə 10 qeyri-OPEC ölkəsi gündəlik hasilatı ötən ilin oktyabr ayı səviyyəsinə nisbətən 1,2 milyon barel azaldıblar. Belə ki, OPEC ölkələri hasilatı 800 min barel, qeyri-OPEC ölkələri isə 400 min barel azaldacaqlarını bildirmişdilər. Bu razılaşma aprel ayında düzəliş gətirməyin mümkünlüyü şərti ilə 6 ay müddətinə çıxarılıb. Həmin razılaşma çərçivəsində Azərbaycan gündəlik hasilatı 2018-ci ilin sentyabr ayına nisbətən 20 min barel azaldaraq 776 min barelə çatdırmalıdır.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
35 d. əvvəl
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir
-
- 46 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda inflyasiyanın artım sürəti yavaşlayıb - 5,5%-DƏN 5,2%-Ə DÜŞÜB
-
1 saat əvvəl
Dünyada 2025-ci ildə elektrikli avtomobil satışları 20,7 milyona çataraq rekord qırıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bazar iştirakçıları gümüş alırlar - Qiyməti tarixdə ilk dəfə 90 dolları ötüb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp marşrutunun operatoru olacaq şirkətin 74%-i ABŞ-a, 26 %-i Ermənistana məxsus olacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir
Unibankın biznes kreditləri portfelində böyük artım
ABŞ 2025-ci il üçün neft qiyməti proqnozunu yüksəltdi
Naxçıvanda dəmir yolu xəttinin tikintisi davam etdirilir
Ən çox oxunanlar
Qızıl və gümüş daha da bahalaşdı
Tramp marşrutunun operatoru olacaq şirkətin 74%-i ABŞ-a, 26 %-i Ermənistana məxsus olacaq
"Allianz" Azərbaycanın ölkə risk reytinqini sabit saxlayıb
Azərbaycan neftinin son qiyməti
Ziraat Bank Azərbaycan mobil tətbiqində QR-kod ilə ödəniş imkanını istifadəyə verdi
Rəsmi məzənnələr açıqlandı






















