SOCAR bu şirkəti ala bilmədi
Petrol Ofisi-nin yeni sahibi məlum oldu!
Avstriyanın enerji şirkəti OMV-nin 100 faiz səhminə sahib olduğu Petrol Ofisi-ni 1 milyard 368 milyon avroya Hollandiyanın "Vitol Group" şirkətinə satmağa qərar verdiyi açıqlanıb.
"Marja" OMV-dən verilən məlumata istinadən xəbər verir ki, şirkət Türkiyədəki iştirakı "Petrol Ofisi" "Vitol Group"a satacaq.
OMV-nin satışdan əldə edəcəyi xalis gəlir isə məzənnə təsiri ilə birlikdə 1,1 milyard avro olacaq.
Sözügedən satış əməliyyatlarının bu ilin üçüncü rübündə başa çatdırılması planlaşdırılır.
Petrol Ofisi-nin Türkiyədə 1709 yanacaqdoldurma stansiyası var. Şirkətin 2016-dakı cəmi satışları 10,68 milyon tona çatmışdı. Petrol Ofisi, 1 milyon kubmetr həcmlə Türkiyədəki ən böyük yanacaq anbarını da malikdir.
Qeyd edək ki, SOCAR və Saudi Aramco şirkətləri də Petrol Ofisi-ni almaq niyyətində idi. Səudiyyə Ərəbistanının Saudi Aramco şirkətinin Petrol Ofisini almaq şansının SOCAR-dan daha çox olduğu bildirilirdi. SOCAR Türkiyədə istehsalla bərabər satışda da təmsil olunmaq niyyətindədir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 22 saat əvvəl
-
- 22 saat əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















