“Günay Sığorta”nın mənfəəti ildən-ilə azalır
“Günay Sığorta” ASC 2018-ci ili 57 min 41 manat xalis mənfəət ilə başa vurub. Bu, 2017-ci illə müqayisədə 40,5% azdır. Şirkət 2017-ci ili 95,9 min manat, 2016-cı ildə isə 105,6 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ildən-ilə “Günay Sığorta”nın qazancı azalıb. Səbəb xərclərin kəskin artmasıdır.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
“Marja” Şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il “Günay Sığorta”nın cəmi gəlirləri 8 milyon 440 min manat, cəmi xərcləri 8 milyon 379 min manat təşkil edib. Nəticədə şirkətin 61 min 252 manat maliyyə mənfəəti formalaşıb. Maliyyə mənfəəətindən 4 min 210 manat mənfəət vergisi ödənilib.
2017-ci ildə “Günay Sığorta”nın cəmi gəlirləri 5 milyon 506 min manat, cəmi xərcləri isə 5 milyon 410 min manat təşkil etmişdi.2017-ci ildə sığorta haqlarının böyük hissəsi ehtiyatlara yönəldildiyindən cəmi gəlir aşağı düşmüşdü.
İllik müqayisədə şirkətin hesabladığı sığorta haqları 9 milyon 506 min manatdan 5 milyon 837 min manata düşüb. Sığorta ödənişləri isə 1 milyon 154 min manatdan 3 milyon 328 min manata yüksəlib.
2017-ci illə müqayisədə “Günay Sığorta”nın topladığı sığorta haqları 3 milyon 627 min manat və ya 38,1% azalıb, sığorta ödənişləri isə 2 milyon 173 min manat və ya 2,9 dəfə artıb. Şirkətin sığorta ödənişləri üzrə xərclərinin kəskin artması gəlirlərinin artmasını silib və nəticədə xalis mənfəət daha da aşağı düşüb.
İcbari avtomobil sığortası üzrə zərərliliyin artması sığorta şirkətlərini qazancdan məhrum edir. Şirkətlərin maliyyə hesabatlarından məlum olur ki, 2018-ci ildə icbari avtomobil sığortası üzrə xərclər daha da artıb. Sığorta şirkətlərinin rəhbərləri Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə tariflərin artırılmasını vacib hesab edirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 18 saat sonra
-
19 d. əvvəl
Birbank müştəriləri üçün “Səyahət marafonu” kampaniyasına start verib
-
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 4 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vururb
Ən çox oxunanlar
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
İqtisadi Şuranın növbəti iclası keçirilib
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb






.jpg)









.jpg)





