Dövlət Komitəsindən lizinq xidməti
Daşınmaz əmlakın lizinqinin dövlət qeydiyyatına alınması və ləğvini onlayn həyata keçirin
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən göstərilən xidmətlərə daşınmaz əmlakın lizinqinin dövlət qeydiyyatına alınması və bu qeydiyyatın ləğvi də aiddir.
Bu xidmətlər daşınmaz əmlakın lizinqinin dövlət qeydiyyatına alınması və qeydiyyatın ləğvi üçün müraciətlərin qəbulu, işin icra tarixi barədə bildirişlərin verilməsi, işin icrasından imtina edildiyi hallarda bu barədə xidmət istifadəçilərinin məlumatlandırılması kimi məsələləri əhatə edir. Daşınmaz əmlakın lizinqinin dövlət qeydiyyatına alınması və ləğvi xidmətləri Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq qurumlarında (Əmlak Xidmətləri Məkanı və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinin və ya rayon şöbələrinin inzibati binaları) və ya elektron formada göstərilir.
Bu xidmətlərin göstərilməsi üçün tələb olunan sənədlərə şəxsiyyəti təsdiq edən sənəd, xidmət haqqı və dövlət rüsumunun ödənilməsi barədə sənəd, ərizə, müqavilə tərəfinin adından ərizənin verilməsi halında bu barədə səlahiyyəti təsdiq edən etibarnamə aiddir. Lizinqin dövlət qeydiyyatına alınması zamanı əlavə olaraq notariat qaydasında təsdiq edilmiş üçtərəfli müqavilə və lizinq müqaviləsi kimi sənədlər də tələb olunur. Bu xidmətlərdən elektron formada istifadə etmək istəyən müəssisə və ya təşkilat öncədən öz səlahiyyətli nümayəndəsi haqqında məlumatları və şəxsiyyət vəsiqəsinin sürətini DƏDRX-ə göndərməlidir. Xidmət istifadəçisi ərizə formasını Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalındakı (e-emdk.gov.az) “bildirişlər” bölməsindən yükləyə bilər.
Daşınmaz əmlak lizinqinin dövlət qeydiyyatına alınması və ləğvi elektron xidmətlərindən istifadə imkanına malik səlahiyyətli şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalındakı (e-emdk.gov.az) 21-ci və ya 22-ci bölmələrə daxil olmalıdır. Açılan pəncərədə müvafiq məlumatları doldurduqdan sonra tələb olunan sənədlər skan olunmuş formada yüklənməlidir. Qeyd edək ki, xidmətlər 3 iş günü ərzində həyata keçirilir.
Daşınmaz əmlak lizinqinin dövlət qeydiyyatına alınması üçün 20 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tələb olunur. Xidmətin nəticəsi olaraq lizinqin dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış hüquq sahibinə təqdim edilir və ya elektron imza ilə təsdiqlənməklə "Elektron hökümət" portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla əldə etməsi imkanı təmin olunur. Daşınmaz əmlak lizinqinin dövlət qeydiyyatının ləğvi üçün isə 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı tələb olunur. Göstərilən xidmətin nəticəsində daşınmaz əmlakın lizinqinin dövlət qeydiyyatının ləğvi barədə arayış ərizəçiyə təqdim edilir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 7 saat əvvəl
-
-
11 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
11 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
11 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb

























